Sizin Reklam Burada

“Urmiya gölündən qalxan duz tozları xərçəng riski yaradır”: RƏY + VİDEO

“Urmiya gölündən qalxan duz tozları xərçəng riski yaradır”: RƏY + VİDEOAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində avqustun 24-də Cebhe TV-də “Urmiya gölündən qalxan duz fırtınasının yaratdığı xəstəliklər” adlı video-müsahibə yayımlanıb.

Aparıcı Vilayət Muxtarın moderatorluğu ilə keçirilən video-müsahibədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli və həkim-radioloq Aydın Əliyev iştirak edib.

Videomüsahibədə qeyd olunub ki, Urmiya gölü bərpa edilməsə göldə yaranan duz fırtınaları Şərqi, Qərbi Azərbaycan əyalətləri ilə yanaşı, Türkiyə və Azərbaycan Respublikasına da zərər vuracaq, nəticədə milyonlarla insan köç etməyə məcbur olacaq:

“Qərbi Azərbaycan əyalətinin rəsmi nümayəndələri bildirib ki, quruma nəticəsində gölün xüsusi ilə şərq hissəsində əkin sahələri tamamilə yararsız hala düşüb, astma və xərçəng xəstəliyi sürətlə artıb”.

Həkim-radioloq Aydın Əliyev bildirib ki, Urmiya gölü quruyarsa göldən qalxan toz buludları ətrafda yaşayan insanlarda ciddi xəstəliklər yaradacaq:

“İnsan nəfəs alacağı normal atmosfer havasının 78 faizi azot qazından, 21 faiz oksigendən ibarətdir. Yerdə qalan 1 faiz digər qazlardır. Əgər burada hansısa dəyişiklik olacaqsa, bu, insan orqanizminə öz zərərli təsirlərini göstərməyə başlayır. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir. Birda bir nüans var ki gölün uzunluğu 140 km, eni 55 km-dir. Göl 5800 kvadrat kilometrdən çox ərazini əhatə edir.

Dərinliyi azdır, 16 metrdir. Göl quruduqca atmosferlə təmas səthi çoxalır. Bu gölün sahəsi böyük olduğundan havanın çirklənməsi daha çox olacaq. Göldə bizim kalium dediyimz potasium, potasium-sulfatdır, litium, maqnezium, bromiddir. Düzdür bu elementlər insan orqanizmində cüzi miqdarda var. Amma onların artıq miqdarı insan orqanizminə zərərli təsir göstərir. Göl quruyandən sonra yaranan duz fırtınası zamanı insan tənəffüs etdikcə bu maddələr yuxarı tənəffüs yollarına, oradan da aşağı tənəffüs yollarına, qırtlaq, traxeya, bronxlar, oradan da ağciyərə qədər getmiş olur. Tənəffüs yollarında qıcıqlanma, gözyaşarma, burunaxması, boğazqıcıqlanması, öskürək yaranır.

Yerli olaraq ciddi iltihabi, eroziv dəyişikliklər əmələ gətirə bilir. Duz fırtınasının təsiri aylarla, illərlə davam edirsə qırtlaq, ağciyər xərçəngini yarada bilir. Tənəffüs yollarından artıq miqdarda daxil olan bu maddələr qana keçərək qan dövranı vasitəsilə ürək toxumasına, beyin toxumasına, böyrəklərə, qaraciyərə və bütün orqanizmə yayılır. Demək olar ki, bütün orqanlarda, hətta sümüklərdə ciddi metabolizm dəyişiklikləri, iltihabi dəyişikliklər yaradır, insult və infarktda gətirib çıxara bilir”.

Aydın Əliyev deyir ki, gölün quruması çevrədə yaşayan heyvanat aləminə də təsirsiz qalmayacaq:

“Məndə olan məlumata görə, orada flora və faunada ciddi dəyişikliklər var. Heyvanlarda dəri xərçənginin rastgəlmə tezliyi 20 faizə qədər artıb. Ümumiyyətlə dünyada havanın çirklənməsi ilə əlaqədar normal hava ilə müqayisədə təxminən 6 -7 milyon insanın erkən ölümünə səbəb olur. Bu, xüsusən də duz səviyyəsi çox olan göllərdə quruması olan yerlərdə baş verir”.

Həkim-ekspert deyib ki, duz fırtınaları yeni doğulan uşaqlarda da ciddi fəsadlar yarada bilir:

“Duz fırtınası dünyaya gələn uşaqlarda fəsadların, mutasiyaların yaranmasına gətirib çıxarır. Ona görə də nsanlar bölgədən miqrasiya etmək məcburiyyətindədir”.

A.Əliyev deyib ki, duz fırtınası böyük bir miqyasda fəsad yaratmaq qabiliyyətindədir:

“Duz fırtınası bəzən 100 kilometrlərlə radiusa yayılaraq insanlarda, digər canlılarda ciddi fəsadlar yarada bilir”.

“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər