Sizin Reklam Burada

İranın Azərbaycan və İsrailə qarşı təhdidlərinə etiraz

İranın Azərbaycan və İsrailə qarşı təhdidlərinə etirazİsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan dövlətini və xalqını Azərbaycan Respublikasının oktyabrın 18-də Dövlət Müstəqilliyinin Bərpası günü münasibətilə təbrik etməsi və Azərbaycana dəstək ifadə etməsi‚ İran İslam Respublikası tərəfindən həddsiz qısqanclıqla qarşılanmış və hazırda 35-40 milyona yaxın Güney Azərbaycanlını əsir edən onları qanlı əsarətdə saxlayan və 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsi ilə qədim Azərbaycan torpaqlarının 70 faizə qədərini işğal edən və Azərbaycan torpaqlarının üzərində qurulan və İslamı əlində bayrağa çevirən‚ İranda 1979-cu ildə qanuni hakimiyyəti zorla ələ keçirən və qurulduğundan indiyə qədər ancaq terror ocaqları yaradan‚ terrorçu dəstələr və agentura şəbəkə yetişdirən‚ qonşularına qarşı ancaq casusluq‚ kəşfiyyat həyata keçirən‚ qonşularına qarşı ekstremist qüvvələr yaratmağa çalışan qeyri-qanuni və qeyri-legitim saxta İran rejimi riyakarlıqla İsraili işğalçı adlandıraraq Azərbaycan dövləti ilə İsrail dövlətinin qədim tarixi dostluqlara söykənən əzəli dostluğuna hədyanlar yağdırmışdır.

İran özü işğalçıdır və Azərbaycan torpaqları üzərində qurulmuşdur. Bu‚ tarixi faktdır və inkar edilə bilməz. Təbriz‚ Zəncan‚ Ərdəbil‚ Urmiyə‚ Xoy‚ Mərənd‚ Qəzvin‚ Rəşd‚ və s. böyük şəhər və vilayətlər hamısı tarixi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda fars milliyyəti yoxdur və ölkə çoxluqla Güney Azərbaycanlılardan ibarətdir. Farslar İranda rəsmi statistilk rəqəmlərə görə 15-16 milyondan çox deyil. Belə olan halda 15-16 milyonluq etnik bir xalq 35-40 milyona yaxın böyük Azərbaycan toplumu üzərində necə qanuni hakimiyyətə və üstünlüyə sahib ola bilər?? Fars rejimi Güney Azərbaycan torpaqlarını işğal etmiş və sayca böyük bir xalq olan 35-40 milyonluq Güney Azərbaycanlını əsir etmiş‚ 200 ilə yaxındır ki‚ onları qanlı əsarətdə və boyunduruqda saxlamaqdadır. 35-40 milyonluq bir xalqın başqa millət tərəfindən idarə edilməsi münkünsüz bir haldır. 35-40 milyonluq bir toplumun‚ özü də İran adlanan ölkədəki fars toplimundan sayca 3-4 dəfəyə yaxın artıq olan bir xalqın özünün dövləti və öz ərazisi olmalıdır. Böyük bir xalqı əsarətdə saxlamaq böyük və beynəlxalq bir cinayətdir.

İran rejimi hal-hazırda 35-40 milyona yaxın bir xalqı qanlı əsarətdə saxlamaqla onların bütün hüquqlarını qanlı repressiyalar‚ terrorlar həyata keçirtməklə boğur. İran ordusunu ümimiyyətlə Güney Azərbaycanlılar təşkil edir. Ölkənin tən yarısından çoxu Güney Azərbaycan türküdür. Bütün bunlarla bərabər‚ İran rejimi daim müsəlman ölkəsi olan Azərbaycan Respublikasının 20 faiz torpaqlarını işğal etmiş Ermənistanla daim dostluq qurmuş və mümasibətlər dostluqdan daha da yüksəyə‚ qardaşlıq səviyyəsinə qalxmışdır. İran 30 il ərzində öz doğma qardaşı Ermənistana Azərbaycanla savaşmaq və Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün silah sursat‚ hərbi texnika və digər bütün tələbatları verərək Azərbaycana qarşı dəstəklədi. Məhz bölgədə İranın dəstəyi və diktəsilə Ermənistan silahlı qüvvələri 30 il boyu Azərbaycana qarşı dəhşət saçan hərbi cinayətlər törətdi. İranın dəstəyi ilə işğal edilmiş Azərbaycan torpaqları dağıdıldı və yerlə yeksan edildi‚ Azərbaycan iqtisadiyyatına milyardlarla dollar maddi və mənəvi ziyanlıq dəydi. Azərbaycan torpaqlarına qarşı məhz İranın da İranın dəstəyi ilə həyata keçirilən işğal nəticəsində 1 milyondan çox Azərbaycanlı‚ müsəlman-türk öz tarixi dədə-baba torpağından qaçqın və məcburi köçkün düşmüşdür. Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında müsəlman məscidlərini dağıtmış‚ məacidləri‚ dini və ibadət yerlərini mal və donuz tövləsinə çevirmişdir. Bütün bu vandallizm aktlarını törədən‚ heçbir insanlıq qaydalarına sığmayan hərbi və müharibə cinayətləri törətmiş‚ BMT Təhlükəsizlik Şurasının işğalçı adlandırdığı Ermənistanla yüksək dostluq quran İran ali dini rəhbərliyi erməniləri daim İranda hərarətlə və böyük dostluqla qarşılamışdır.

Bu isə o deməkdir ki‚ müsəlman torpağı olan Qarabağın işğal edilməsindən və dağıdılmasına qədər‚ müsəlman məscidlərinin donuz tövləsinə çevrilməsinə qədər iyrənc addımların atılmasında və vandallıq aktlarının törədilməsində İranın rejiminin xüsusi payı vardır. Bütün bunlarla bərabər İran 30 il boyu Ermənistanın işğal etdiyi Qarabağda narkotik əkib-becərmiş və gizli yollarla qara bazarlara çıxararaq öz iqtisadiyyatını yüksəltməyə və narkotik ticarətindən əldə etdiyi 100 milyardlarla dollar maliyyəni terrora və Nüvə silahının istehsalına yönəltmişdir. Eyni zamamda İran Qarabağı talan etmiş‚ öz məqsədləri üçün istifadə etməyə çalışmışdır. Məhz bu səbəbdəndir ki‚ İran rejimi Qarabağın işğaldan azad edilməsinə şiddətlə qarşı çıxmış‚ bunun üçün Ermənistana silah sursat yardımı etmiş və ən əsası isə 44 günlük ikinci Qarabağ müharibəsində İran bütün maddi və texniki imkanlarını səfərbər edərək Ermənistanı silahla təmin etmişdir. İranın bu gün qarşı çıxdığı Zəngəzur dəhlizi vasitəsilə hər gün Qarabağdakı separatçı rejimə silah və hərbi texnika daşınmışdır. Dəfələrlə Güney Azərbaycanlılar İranın Ermənistana və Qarabağdakı separatçı qüvvələrə silah daşıyan yük karvanlarının qarşısını kəsərək yandırmışdır və Güney Azərbaycanlılar İrandan Ermənistana silah daşınan Norduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdilər. İran bu səbəbdən Zəngəzir koridorunun da açılmasına şiddətlə qarşı çıxır. Vaxtilə Azəbaycanın öz tarixi torpaqlarını işğaldan azad edərkən qarşı çıxdığı kimi‚ Zəngəzur dəhlizinə də öz çirkin‚ məkrli siyasəti üçün qarşı çıxır. İran rejimi Azərbaycana olan tarixi düşmənçiliyini açıq aşkar göstərərək Zəngəzurun Qafan vilayətində məhz Azərbaycan Respublikası ilə sərhəddə Konsulluq binasının açılışını etdi. İran bununla bir daha işğalçının yanında olduğunu‚ işğala dəstək verdiyini və özünün işğalçı olduğunu göstərmiş oldu.

2020-ci ilin 44 günlük Qarabağ müharibəsi zamanı İran rejiminin kəşfiyyat orqanları məhz Araz çayı boyunca Azərbaycanla sərhəddə radiolokasiya qurğuları yerləşdirərək Azərbaycan hərbçilərinin səsini dinləyərək erməni kəşfiyyatına ötürmüşdür. Eyni zamanda Azərbaycan ordusunun silahlarına radarlar vasitəsilə təsir etməyə və silahların fəaliyyətinin dondurulmasına çalışmışdır. Bütün bunların fonunda kimin işğalçı olduğu açıü görünür. İsrail heçbir ərəb ölkəsini işğal etməyib. İsrail sadəcə məhz Qurani Kərimdə də uca Allahın Hz. İbrahim ə.s-a və onun nəslinə vəd etdiyi‚ Quran Kərimin bildirdiyi kimi‚ Allah tərəfindən Yəhudilərin atası olan Hz. İbrahim peyğəmbərin və onun nəslinin yurd olaraq verildiyi və sakin edildiyi torpaqlarda yaranmışdır. Burada Allahın heçbir müvafiq əmri pozulmamış və əksinə Allahın buyruğu yerinə yetmişdir. Qurani Kərimdə buyrulur ki‚;Biz İsrailoğullarını gözəl bir yurda sakin etdik.

Və İsrail Qurani Kərimin bildirdiyi‚ Allahın buyurduğu torpaqlarda yaranıb. Yəhudi xalqı minillərdir ki‚ məhz tarixi Kənam torpaqların‚ yəni indiki İsrail ərazilərinin əzəli sakinidir və kimsənin nə torpağını‚ nə təbii sərvətini‚ nə də evini və yurdunu qəsb etməyib. İsrail dövləti heçbir zaman heç kimin dini ibadət yerinin dağıdılmasında da iştirak etməyib. İran rejiminin əksinə olaraq İsrail həm yerləşdiyi öz Coğrafiyasında‚ həm də öz Coğrafiyasından kənarlarda belə hər kəslə‚ bütün xalqlarla və ölkələrə dost olmağa‚ qonşuları ilə mehriban yaşamağa çalışır. İsrail qurulduğu gündən indiyə qədər heçbir sərhəd qonşusu İsrail dövlətindən zərər görməyib. İsrail hər zaman öz qonşularına qarşı barış və sülh təklifi ilə çıxış etmiş və hər kəsə dostluq əlini uzatmışdır. Amma İsraili işğalçı ölkə adlandıran İran rejiminin özü işğalçıdır. Tarixi və əzəli Azərbaycan torpaqlarının üzərində qurulmuş‚ 35-40 milyonluq Güney azərbaycanlını əsir etmiş və böyük bir xalqa kölə siyasəti yeridən‚ onların öz ana dilini‚ milli mənliyini boğan‚ tarixini unutdurmağa çalışan‚ öz müsəlman qonşusu olan Azərbaycan torpaqlarının işğal edilməsində birbaşa iştirak edən və 30 ilə yaxın işğalda qalmasına çalışan‚ daim erməniləri Azərbaycana qarşı təxribatlara sövq edən‚ işğalçı və qəsbkar bir rejimin bir başqasını sadəcə quru iftiralarla işğalçı adlandırması da riyakarlıqdır.

Və təsadüfü deyil ki‚ İranda qanuni hakimiyyəti zorla ələ keçirtmiş Ayətullah Xomeyninin inqilabı həyata keçirtdikdən sonra ilk görüşdüyü şəxs Livandakı erməni Katoliklərinin‚ yəni erməni ASALA terror şəbəkəsinin başçısı olmuşdur. İranda dini rejim qurularkən də Livan və Fələstindəki varlı erməni diaporası və erməni lobbisi Xomeyninin qurduğu dini rejimə‚ yəni İslam (Şiə) Respublikasına maddi dəstək vermişdir. Xomeyninin erməni sevgisi bu gün də İran dövlətinin rəsmi ana siyasətidir. Maraqlıdır ki‚ erməni lobbisi və zəngin erməni diasporası İranda İslam Respublikasının‚ Şiə dövlətinin qurulmasına dəstək verir və ermənilər‚ özünü İslam dünyasının rəhbəri hesab edən bu dövlətin qurulmasında ən fəal qüvvə qismində iştirak edir və bu İslam dövlətində çox önəmli postlara sahib olur‚ məhz özünü bütün İslam dünyasının lideri hesab edən bu İslam Respublikası və Şiə dövləti olan İran rejimi öz qonşuluğundakı müsəlman Azərbaycan Respublikasının torpaqlarının işğal olunmasında‚ 1 milyon müsəlmanın öz dədə-baba torpağından didərgin düşməsində və müsəlman torpaqlarının 30 il boyunca işğalda qalmasında və dağıdılmasında‚ müsəlman məscidlərinin dağıdılmasında və donuz tövləsinə çevrilməsində iştirak edir. Büyün bunlar azmış kimi‚ müsəlman ölkəsi olan Azərbaycan Respublikasının suveren sərhədlərində təxribatların törədilməsinə çalışır və düşmənçiliyini davam etdirir və onra da riyakarcasına İsraili günahlandırır.

Azərbaycan Respublikası müstəqil‚ suveren dövlətdir. Kimsə Azərbaycanln daxili işinə qarışa bilməz. Azərbaycanın öz dövlət siyasəti və dövlət maraqları var. Hər bir suveren ölkə kimi‚ Azərbaycan dövləti də öz siyasətini özünün və xalqının milli mararları üzərində qurur. Hər bir ölkənin milli‚ strateji və təhlükəsizlik maraqları o dövlətin rəsmi dövlət siyasətini təyin edir. Yəni‚ hər bir dövlətin rəsmi siyasəti hər hansı kənar təzyiq və müdaxilələrlə deyil‚ tamamilə öz daxili milli maraqları‚ xalqlararası münasibət üzərində qurulur. Azərbaycan müstəqil və suveren ölkədir və kimlə dostluq quracağını da yalnız Azərbaycan dövləti özü təyin edir. Kimsə buna müdaxilə və təzyiq edə bilməz və kimsə bu münasibətlərə hər hansı hədyan səsləndirə bilməz. Azərbaycanda əsrlər boyu‚ təqribi 2600-2700 ilə yaxındır Yəhudilər yaşayır. Yəhudilər Azərbaycanda hər zaman mehriban və dostluq şəraitində yaşayıb. Burada heçbir zaman anti-semitizm‚ yəhudi təqibi olmayıb. Azərbaycan xalqı bütün tarix boyu hər zaman Yəhudilərə dost olub. Azərbaycanda doğulan və xaricə köç edən Yəhudilər də hər zaman Azərbaycanı özünə vətən‚ Azərbaycan xalqını isə özünə qardaş xalq bilib. Birinci və ikinci Qarabağ müharibəsində də Yəhudilər Qarabağın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda mətanətlə döyüşüb. Birinci Qarabağ müharibəsində çox sayda Yəhudi mənsubu könüllü döyüşərək şəhid olmuşdur.

Xaricə köç edən Yəhudilər daim Azərbaycanla digər dünya ölkələri xüsusən ABŞ‚ İngiltərə‚ Almaniya‚ İtaliya və s. ölkələr arasında yaxşı münasibətlərin olmasına çalışaraq öz vətənləri Azərbaycana xidmət etməyə çalışırlar. İsraillə münasibətlərin qurulmasında isə Azərbaycandan Xaricə və İsrailə köç etmiş Azərbaycanlı Yəhudilərin böyük xidmətləri vardır. Hazırda İsraildə 100 min nəfərə yaxın Azərbaycanlı Yəhudi icması vardır. Bu kifayət qədər böyük bir rəqəmdir. Onlar İsrailin hər yerində Azərbaycançılıq təbliğatı aparır və ermənilərin törətdiyi Xocalı soyqırımından tutmuş bütün erməni vandalizmini bütün dümyaya çatdıraraq Azərbaycan naminə ermənilərlə mübarizə aparırlar. 2020-ci ilin Tovuz döyüşlərində və 44 günlük Azərbaycan və Erməmistan müharibəsində İsraildəki Azərbaycanlı Yəhudilər gecə-gündüz Azərbaycana və Azərbaycan ordusuna dəstək oldular‚ ermənilər əleyhinə aksiyalar keçirtdilər. Dünyanın hər yerində olan Azərbaycanlı Yəhudilər vətənləri Azərbaycan naminə mübarizə apardılar.
Azərbaycandakı yerli Yəhudi icmaları da var qüvvəsilə Azərbaycan dövlətinin və əsgərinin yanında oldular və bir neçə azərbaycanlı Yəhudi könüllü olaraq 44 günlük müharibədə döyüşlərdə iştirak etdi. Bütün bunlar Azərbaycan və İsrailin dostluğunu şərtləndirən əsas amildir. Azərbaycan və İsraili heçbir maddi maraq yox‚ milli maraqlar birləşdirir. Azərbaycan dünyada İsraildən sonra ən sıx və kompakt şəklində yaşadığı ikinci ölkədir. Dünyanın hər yerində və İsraildə yüzminlərlə Azərbaycanlı Yəhudi Azərbaycanın milli maraqlarını və Azərbaycançılığı təbliğ edərək‚ münasibətlərin daha da dərinləşməsinə çalışırlar. Çünki bizim 3000 ilə yaxın bir tariximiz var. Dostluqlar bu tarixin üzərindədir. Bu‚ dövlətlərin istəyindən əlavə olaraq‚ məhz xalqların dostluğudur. Xalqların birgə sifarişidir. Tarixi zərurətdir. Azərbaycan və İsrail dövlətləri buna biganə yanaşa bilməz. Dövlətlərin ana siyasəti xalqların münasibəti üzərində qurulur. Azərbaycan xalqı ilə Yəhudi xalqı 2600-2700 illik bir tarixi əhatə edən dərin və ağır sınaqlardan çıxaraq qardaşlaşmış xalqlardır.

Azərbaycan və İsrail münasibətlərinin təməlində‚ birmənalı olaraq məhz xalqların sarsılmaz səmimi dostluğu və qardaşlığı dayanır.

İranın bir çox şəhər və qəsəbələrində qondarma və uydurma erməni soyqırımını əbədiləşdirmək üçün abidələr ucaldılıb. Amma Xocalı soyqırımına dair İranda heçbir abidə yoxdur. Və İrandan heç vaxt Azərbaycan xalqı və dövləti ilə həmrəylik nümayişi edilməyib. Amma və lakin bütün bunların əksinə olaraq İsrail hökuməti və Parlamenti erməni soyqırımı layihəsini qətiyyəylə rədd edərək‚ Azərbaycan‚ Türkiyə və bütün Türk xalqları ilə qardaşlıq nümuməsi olaraq həmrəylik nümayiş etdirilib. Xocalı soyqırımının günahsız qurbanları da hər il İsraildə anılmaqda və erməni vəhşiliyi dilə gətirilməkdədir.
İsrail və Azərbaycan dostluğu bölgənin‚ İsrail və Türkiyə dostluğu isə dünyanın təhlükəsizliyinə bir töhvədir.

Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri sadəcə öz tarixlərinə‚ ölkəsinin milli maraqlarına və öz xalqlarına sədaqət göstərərək zamanla bu tarixi dostluğu və ənənəni daha da rəsmiyyətə çevirmişlər. Hər hansı bir kənar düşmən qüvvə xalqların bu dostluğunu və qardaşlığını poza bilməz.
Xalqların münasibəti maddi maraqlar üzərində yox‚ səmimi dostluq və qardaşlıq üzərində qurulur.
Yəhudi xalqı tarixən olduğu kimi‚ bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanındadır.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər