Sizin Reklam Burada

KTMT Tacikistana hərbi dəstəkdən İMTİNA ETDİ

KTMT Tacikistana hərbi dəstəkdən İMTİNA ETDİTacikistanın Əfqanıstanla sərhədinin müdafiəsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin cəlb edilməsinə ehtiyac yoxdur.

Bunu KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidirov “Russia Today”ə müsahibəsi zamanı bəyan edib.

O, bildirib ki, Tacikistan hərbçiləri sərhədin qorunması işinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Ölkənin yalnız texniki yardıma ehtiyacı var.

Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki Taliban yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər. Sərhəd zastavalarında xidmət edən Əfqanıstan hökumət qüvvələrinin yüzlərlə hərbçisi isə ölüm təhlükəsi altında sərhədi keçərək Tacikistan ərazisinə daxil olublar.

Məsələ ilə bağlı Tacikistanın KTMT yanında daimi nümayəndəsi Həsən Sultonov sərhəd böhranının həlli üçün təşkilata müraciət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər