Sizin Reklam Burada

Ruslar yenə meydana çıxdı – Türkiyəyə qarşı şok anlaşma

Ruslar yenə meydana çıxdı – Türkiyəyə qarşı şok anlaşmaRusiya hərbi qüvvələri Azad Suriya Ordusu (ASO) və PKK/YPG terror təşkilatı arasında şiddətli qarşıdurmaların getdiyi Ayn İsaya girib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat verib.

Məlumatda qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatlarından qorxan terrorçular bölgəni Rusiya və Bəşər Əsəd qüvvələrinə təhvil verib.

Rəsmi orqanların binalarına Rusiya və Suriya bayraqları asılıb.

20 gündür PKK/YPG-nin Ayn İsada yerləşən Türkiyə Silahlı Qüvvələri və ASO-nun mövqelərini atəşə tutmasından sonra döyüşlər gedirdi. Bu müddət ərzində mövqeləri darmadağın edilən terrorçular Türkiyənin genişmiqyaslı əməliyyatlara başlayacağından ehtiyat edərək bölgədən geri çəkilmişdi.

Bölgədən tamamilə geri çəkilməyə hazırlaşan terrorçuların köməyinə Rusiya və Əsəd qüvvələri çatıb.

Məlumata görə, dekabrın 7-dən bəri bazarlıq etməyə çalışan Rusiya, Əsəd rejimi və PKK dünən anlaşıb. Bundan sonra Ayn İsanın Rusiya və Əsəd rejiminə təhvil verildiyi bildirilib. Rusiya hərbi bazasında keçirilən görüşdə rus zabitlərin terrorçuları yola gətirdiyi deyilib. Görüşdən sonra terror təşkilatının liderlərindən biri Riyad Xələf ruslarla birlikdə M-4 magistral yolu üzərində 3 hərbi postun qurulacağını açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər