5 ölkə Lukaşenkonun andiçməsini TANIMADI
Dərc olunub:
23-09-2020, 15:41
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya, Almaniya, Slovakiya, Latviya, Litva və Estoniya Aleksandr Lukaşenkonu prezident kimi tanımadıqlarını bildiriblər.
Bu açıqlamalar Lukaşenkonun bugün düzənlənən andçimə mərasiminə reaksiya olaraq səslənib.
Avropa Birliyi avqustun 9-da baş tutan prezident seçkilərinin demokratik şəraitdə keçirilmədiyi qənaətindədir.