Ermənistanda koronavirus rekord vurdu – 697 yoluxma, 15 ölüm
Dərc olunub:
4-06-2020, 10:27
Ermənistanda koronavirusa yoluxma halları rekord həddə çatıb.
Baş nazir Nikol Paşinyan son sutka ərzində ölkədə 697 yeni yoluxma faktının təsdiq olunduğunu deyib. Baş nazir son sutka ərzində 15 nəfərin də koronavirusla bağlı problemlər üzündən ölümünü təsdiq edib.
Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 250-yə çatıb.