Sizin Reklam Burada

Sankt-Peterburqda Şəfəqi belə qaçırdılar - Video

Sankt-Peterburqda Şəfəqi belə qaçırdılar - Video
Rusiyanın Sankt-Peterburq şəhərində aprelin 22-də baş vermiş və hüquq-mühafizə orqanlarının adam oğurluğu kimi qiymətləndirdiyi “qız qaçırma” hadisəsinin görüntüləri yayılıb. Məlum olub ki, “qafqazlıların qədim toy adətlərini” bu şəhərdə nümayiş etdirən də, onun qaçırdığı qız da azərbaycanlıdır.

Virtualaz.org xəbər verir ki, həmin hadisənin görüntüləri Peterburqun yerli saytlarından birində yayılıb. Görüntülərə əsasən Telman küçəsindəki yaşayış binalarından birinin qarşısında qadın və gənc qız dayanıb, bu vaxt qara rəngli “Mazda” avtomobili onların yanında dayanır. Avtomobildən düşən və üzlərində qara rəngli tibbi maska olan üç nəfər qıza hücum edir, bu vaxt qadın haray salaraq onlara mane olmağa çalışır. Amma buna müvəffəq olmur və gələnlər qızı zorla maşına mindirərək uzaqlaşırlar. Onları “Lada” markalı başqa avtomobilin təqib etdiyi də görünür.

Sankt-Peterburq Baş polis idarəsi həmin görüntüləri nümayiş etdirərək qaçırılan qızın və onu qaçıran şəxsin azərbaycanlı olduğunu, artıq saxlanıldığını bildirib. Məlum olub ki, qızı qaçıran Şahnur adlı 28 yaşlı şəxsdir, onun qaçırdığı qızın isə adı Şəfəqdir, 26 yaşı var.

Cinayət axtarış bölməsinin əməliyyatçıları aprelin 22-də axşam həmin gənclərin içərisində olduğu avtomobili Tixvin küçəsində aşkar edib. Bildirilir ki, hadisə barədə gündüz polisə qaçırılan qızın qardaşı məlumat verib.

Saxlanılarkən gənc qız polislərə bildirib ki, öz xoşu ilə qaçıb. Onu qaçıran Şahnur isə sevdiyi qızı qaçırmağın şərqdə adət olduğunu bildirib. Amma Şəfəqin valideyinləri bununla razı deyil. O da məlum olub ki, fevralın sonlarında Şahnur artıq qızı qaçırıbmış, amma o vaxt valideyinləri polisə müraciət ediblər və qızı Leninqrad vilayətinin Kirovsk qəsəbəsində aşkar edib qaytarıblar.

Polis Baş idarəsindən deyiblər ki, “dağ adətlərinə və Şurikin məcalarına olan bütün hörmətlərinə baxmayaraq” belə hallarda polisin vaxtını boş yerə almağa dözmək niyyətlərində deyillər. Ona görə də Peterburqun Nevsk rayonu İstintaq Komitəsi hazırda faktla bağlı adam oğurluğu maddəsi ilə cinayət işi qaldırmağı nəzərdən keçirir.

“Peterburq polisi qanun normalarına və ictimai davranışa zidd olan bütün insidentlərə prinspial olaraq sərt reaksiya verir”,-Baş idarədən deyiblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər