Sizin Reklam Burada

Zəngilan rayonun yeni inkişaf dövrü

Zəngilan rayonun yeni inkişaf dövrü 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

1993-cü ilə qədər Zəngilan rayonu ərazisində 1 şəhər, 5 qəsəbə və 83 kənd, onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. 45 mindən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

“Bu gün Zəngilan özünün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Rayonda yenidənqurma işləri surətlə davam edir. “Böyük qayıdış” proqramının ilk pilot layihəsi də məhz Zəngilanın Ağalı kəndində icra edildi. Hazırda Zəngilandan keçən logistik layihələr xüsusi strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Bu il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bölgənin beynəlxalq statusunun durmadan yüksəldiyini göstərir.

Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, Kiçik və Orta Biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bir məqamı da qeyd edək ki, Heydər Əliyev Fondu azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da həyata keçirilən yenidənqurma işlərinə önəmli töhfələr verməkdədir. Hazırda Zəngilan məscidinin bərpası ilə bilavasitə Heydər Əliyev Fondu məşğul olur.

Zəngilanı Naxçıvandan ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Məlumdur ki, dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpaqlarımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

Bu gün tarixi gündür. Zəngilanın azadlığına qovuşduğu, xalqımıza ərməğan olunduğu tarix. Artıq zəngilanlılar şəhər gününü yurdlarında qeyd edirlər. Prezident İlham Əliyevin iyul ayında imzaladığı sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günüdür.

Artıq bu günü də fəxrlə, qürurla, başımız dik qeyd edirik. Zəngilan isə sürətlə bərpa olunmaqda, qurulmaqda davam edir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər