"Pulumu xərcləməyə yer axtarıram" demişdi, sərvəti göz qamaşdırdı
Türk sənət musiqisinin divası Bülent Ersoyun" Eşq istəyirəm. Pulum çoxdur, xərcləməyə yer axtarıram. Yaraşıqlı olsa olar. Bu qədər pulu kimə qoyum?”
açıqlaması yenidən gündəmə gəlib.
Türkiyə KİV xəbər verir ki, bu açıqlama fonunda sənətçinin mal varlığı ilə bağlı detallı məlumatlar ortaya çıxıb.
Məlumata görə, Bülent Ersoyun İstanbulda ümumilikdə 28 mənzili var. Bundan başqa, Diva Türkiyənin müxtəlif şəhərlərində yerləşən 4 ədəd ultra-lüks villanın da sahibidir.
Sənətçinin sərmayələri təkcə daşınmaz əmlakla məhdudlaşmır. Bülent Ersoyun Marmarisdə dənizə sıfır şəxsi adası, Fethiyedə yanacaqdoldurma məntəqəsi, eləcə də İstanbulun Fənərbaxça səmtində xüsusi sauna biznesi olduğu bildirilir.
Bodrum, Antalya və İzmirdə yay evləri olduğu deyilən Bülent Ersoyun nağd pul və zinət əşyalarının ümumi dəyərinin 60 milyon dollardan artıq olduğu vurğulanır.
