Bakıda AA seriyalı maşın qəza törətdi: yaralılar var - Foto
Dərc olunub:
4-02-2021, 13:18
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda BMV markalı avtomobillə "Hunday" və VAZ-2109 markalı avtomobil toqquşub. Xəsarət alanlar var.
Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən BMV markalı 10 AA 967 dövlət qeydiyyat nişanlı avtomobilin ST Group MMC 2015 şirkətinin rəhbərinə aid olduğu olduğu bildirilir.