Sizin Reklam Burada

Göyçayda dəhşətli qəza: 3 nəfər öldü

Göyçayda dəhşətli qəza: 3 nəfər öldüGöyçayda minik və yük avtomobilləri toqquşub, hadisə nəticəsində 3 nəfər həyatını itirib.

Yol qəzası Qaraməryəm-İsmayıllı yolunun 3-cü kilometrliyində, Göyçay rayonunun Yekəxana kəndi ərazisində qeydə alınıb.

VAZ-21099 markalı minik və "Şaqman" markalı yük avtomobillərinin toqquşması nəticəsində Laçın rayonundan olan və Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlər - 1972-ci il təvəllüdlü Əhmədov Xudamverdi Əhməd oğlu, 1992-ci il təvəllüdlü İsayev Sadiq Zeynal oğlu və 1973-cü il təvəllüdlü Cabbarov Ələsgər Cabbar oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.

Ağır xəsarət alan 1979-cu il təvəllüdlü Rzayev Xanzadə Yunis oğlu təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər