Sizin Reklam Burada

Müharibədə qalib gəlmişik və bu reallıq nəzərə alınmalıdır - İlham Əliyev “El Pais”ə müsahibə verdi

Müharibədə qalib gəlmişik və bu reallıq nəzərə alınmalıdır - İlham Əliyev “El Pais”ə müsahibə verdi“Ermənistanla vəziyyət nisbətən sabitdir. Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət Ermənistan və Azərbaycan sərhədində olduğundan daha stabildir”.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. İkinci Qarabağ müharibəsini uduzmaq onlar üçün çox ağrılı idi. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edildi”.

İlham Əliyev deyib ki, dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə keçirlmiş üçtərəfli görüşdə Azərbaycanın mövqeyi açıq və aydındır - “Biz sülh istəyirik, müharibə istəmirik!”.

“Müharibədə qalib gəlmişik və bu reallıq nəzərə alınmalıdır. Bizə görə Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın statusu və ya buna bənzər hər hansı bir müzakirəyə qayıtmaq olmaz. Biz bunu özümüz güclə, siyasi yolla həll etmişik”, - Prezident əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər