Al Səud: ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək

Al Səud: ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcəkSəudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Al Səud hesab edir ki, ABŞ-nin İrana mümkün zərbədən imtina etməsi Tehrandakı rəhbərliyi gücləndirəcək.

Bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Məlumata görə, səudiyyəli nazir bu mövqeyini Vaşinqtonda yerli analitik mərkəzlərin rəhbərlərinin iştirakı ilə keçirilən qapalı brifinqdə ifadə edib. "Axios" bildirib ki, bundan bir gün əvvəl o, ABŞ Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə görüş keçirib.

Portalın yazdığına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri: "Bu mərhələdə əgər (İrana zərbə – red.) baş verməsə, bu, yalnız İran rəhbərliyini gücləndirəcək", - deyib.

"Axios"un məlumatına görə, səudiyyəli nazir ABŞ Prezidenti Donald Trampın administrasiyasının eskalasiyadan yayınmağa çalışaraq hərbi xarakterli tədbirlər görməli olacağını bildirib. Portal vurğulayıb ki, bu kimi açıqlamalar Ər-Riyadın rəsmi mövqeyi ilə üst-üstə düşmür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər