AŞPA-nın qış sessiyası başa çatıb

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası bu gün öz işini yekunlaşdırıb. Sessiya çərçivəsində Avropa gündəmini müəyyən edən bir sıra mühüm siyasi, təhlükəsizlik və humanitar məsələlər müzakirə olunub.

Sessiyanın sonunda AŞPA prezidenti Petra Bayr Azərbaycan, Türkiyə, Fransa, Ermənistan, Almaniya, Yunanıstan və Ukraynanı təmsil edən ümumilikdə 11 jurnalisti qeyri-rəsmi formatda təşkil olunmuş iş otağında çay süfrəsinə dəvət edib. Görüş zamanı media nümayəndələrinin sualları cavablandırılıb, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Sessiyanın içində iştirak edən Foto.info.az xəbər verir ki, agentliyimizin ünvanladığı suala cavab verən AŞPA prezidenti Petra Bayr Assambleyanın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə toxunaraq bildirib ki, bu region AŞPA üçün strateji əhəmiyyət daşıyır:

“Hazırda Ermənistanla münasibətlərimiz müsbət dinamika nümayiş etdirir. Azərbaycan və Gürcüstanla bağlı vəziyyət isə fərqli mərhələdədir. Yaxın perspektivdə Azərbaycan nümayəndə heyəti ilə birbaşa görüş keçirməyi planlaşdırıram. Məlum olduğu kimi, mən də daxil olmaqla bir sıra avropalı deputatlar Azərbaycan Xarici İşlər Nazirliyinin ‘arzuolunmaz şəxslər’ siyahısına salınıb. Bu məsələ üzrə də rəsmi Bakı ilə institusional dialoqun bərpasına ehtiyac var. Hazırda AŞPA ilə Azərbaycan arasında münasibətlər arzu olunan səviyyədə olmasa da, ümid edirəm ki, gələcəkdə bu əlaqələr yenidən konstruktiv və qarşılıqlı etimada əsaslanan müstəviyə qayıdacaq.”

Görüş çərçivəsində Avropanın enerji təhlükəsizliyi, Ukraynada davam edən müharibə, qaçqın və məcburi köçkünlərin vəziyyəti, insan hüquqları və söz azadlığı kimi aktual mövzular da geniş müzakirə edilib. Tədbir açıq və səmimi atmosferdə keçib.

Sessiyanın yekununda AŞPA-nın fəaliyyətini işıqlandıran jurnalistlərin şərəfinə Assambleyanın kafeteriyasında qeyri-rəsmi ziyafət təşkil olunub. Xanım Bayr parlament adından jurnalistlərə təşəkkür edib.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasında 50 aparıcı televiziya və xəbər agentliyi ilə yanaşı, ümumilikdə 270 müxtəlif beynəlxalq təşkilatı təmsil edən jurnalist iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər