"İranı Suriyadan çıxarmaq əsas vəzifələrdən biridir"
Bu barədə Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.
O, qeyd edib ki, Suriyada Əsəd iqtidarına qarşı müxalif qruplaşmaların Hələb və İdlib ətraflnda müşahidə edilən hücumlarının qabaqcıl texnoloğiyalarla təchiz edilməsi, bu hücumların aylarla planlaşdırıldiğınıı düşunməyə əsas verir, hücumların regional və beynəlxalq ölçuləri bölgədəki nizamı təsir altına yönəlmiş bir əməliyyatdır:
“Hələb və İdlib vilayətlərində vəziyyəti yenidən nəzarət altına almaq, İrana məxsus qüvvələrin Suriyan sıxışdırılıb çıxarılmasına nail olmaq, hücumçuların qarşısında qoyulan əsas vəzifələrdəndir.
Bu hücumlar 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsinin tərkib hissəsi olmaqla iki xarici amillə də əlaqədardır.
Əvvəla, hücumlar “Hizbullah”ın İsraillə Livandakı məglubiiyyəti ilə əlaqədardır, maraqlıdır ki, İsrail Livanla atəşkəs barədə razılıq əldə etdikdən sonra bu hücumlar yaşanmışdır. Görunur “Hizbullah”ın Livandakı məğlubiyyəti onun Suriyadakı nüfuzuna təsirsiz ötuşməyib.
İkinci ehtimal qlobalistlərin ABŞ-dakı seçkiləri uduzduqdan sonra Rusiyanın ətrafında eskalasiyanı gücləndirməklə bir tərəfdən onun Ukrayna cəbhəsində güclənən hücumlarının səngiməsinə nail olmaq, digər tərəfdən isə ABŞ-ın yeni iqtidarı üçün əlverişsiz və mürəkkəb geosiyasi durumun daha da ağırlaşmasına nail olmaqdır”.
Onun sözlərinə görə, Suriyadan İran və onunla bağlı proiksi qüvvələrin sıxışdırılıb çıxarılmasına nail olmaq üçün İsrail ABŞ-la birgə hərəkət edir. Əvvəllər Türkiyənin dəstək verdiyi Suriya Azadlıq Ordusunun Əsəd qoşunlarına qarşı aktiv hərbi əməliyyatlara başlaması isə Suriya böhranının nizamlanmasına dair Rusiya, İran və Türkiyə arasında Astana razılıqlarının rəsmi Ankara tərəfindən pozulması təsiri bağışlayır, belə ki, Ankaranın dəstək verdiyi Suriya Azadlıq Ordusu legitim Əsəd hakimiyyətinə qarşı mübarizə aparır ki, bu da müstəqil Suriyaya təhdid və təcavüz anlamında qəbul oluna bilər və bu zaman Əsəd hakimiyyətinin devrilməsi ilə bağlı ABŞ, İsrail və Türkiyənin eyni mövqelərdən çıxış etməsi və eyni maraqlara köklənmələri təsiri bağışlayır:
“Görunən odur ki, Türkiyənin Əsadə qarşı vuruşması Moskva, Ankara, Tehran formatında çatın yaranmasına və dərinləşməsinə səbəb ola bilər ki, bu da Yaxın Şərqi təhdid edən ABŞ-İsrail birliyinin xeyrinə işləyəcək faktor ola bilər. Ankara Astana sammitində Suriya böhranın çözülməsi ilə bağlı öz üzərinə göturdüyü öhdəliklərə əməl etməlidir, əks halda onun Netenyahu hökuməti ilə bağlı açıqlamalarının fərqli maraqlara söykənməsi ilə bağlı reallıqlar üzərində müttəfiqləri düşünməli olacaqlar”.