Sizin Reklam Burada

“Avropanın (Qərb sivilizasiyasının) süqutu”...

“Avropanın (Qərb sivilizasiyasının) süqutu”...Alman filosofu Osvald Şpenqerin bu əsəri işıq üzü gördükdən 100 il sonra Qərb sivilizasiyasının süqutu” daha qabarıq və bəlkə də daha amansız bir şəkildə gerçəkləşməyə başladı.

Şpenqerin Romanın süqutuna gətirib çıxaran sərhədsiz əxlaqsızlıq, özbaşınalıq, ədalətsizlik haqqında yazdıqlarına toxunmayacaq. Zənnimcə, filosofun XX əsrin əvvəllərini əhatə edən mülahizələri diqqəti daha çox cəlb edir və günümüzün reallıqları ilə uzlaşır.
Sitat: “Dünya şəhərləri (hipermeqopolislər – E.M.) xalqla yox, kütlə ilə məskunlaşdırılıb. Onun (kütlənin –E.M.) ənənələri anlaya bilməməsi və ənənələrə qarşı mübarizəsi, əslində mədəniyyətə qarşı açılan savaşdı.
Onun (kütlənin –E.M.) kəskin və soyuq rasionallığı, ifrat modern naturalizmi, hətta cinsi və sosial məsələlərdə Sokrat və Russonu geridə buraxaraq, yaranışın ibtidai dövrünə və ibtidai instiktlərə qayıdışı ehtiva edir.
Hipermeqopolis – bu, “Vətən” əvəzinə “kosmopolitizm”, ənənəvi həyat tərzi yerinə soyuq praqmatik düşüncə..., “dövlət” əvəzinə “cəmiyyət”, qazanılmış haqlar yerinə təbii hüquqlar, mənəvi dəyərlər əvəzinə elmi dinsizlik deməkdir”.

Paradoksal görünsə də Şpenqerin baxış bucağının müasir yozumu belə deməyə əsas veririr ki, Avropanı, Qərb sivilizasiyasını süquta uğramaqdan birinci və ikinci dünya müharibələri xilas edib... İndi isə İkinci Dünya Müharibəsindən sonra yenidən doğulan “qoca qitə”nin postmodern süqutu mərhələsi başlayıb. Bəs bundan sonra nə baş verəcək? Total deqrodasiya və insanlığın fitrətindən qopmaların süquta uğratdığı, daha sonra zühuruna illərin sərf olunduğu, “Üçüncü Reyx”lə bəşəriyyəti yoxolma təhlükəsi qarşısında qoyan qədim və əxlaqsız “Roma” yenidən durçələ biləcəkmi?

Qənaətimə görə, Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin iyrənc görüntüləri Osvald Şpenqerin 106 il öncə nəşr edilən əsərində yer alan ehtimal və şübhələrin yenidən baş qaldırdığını düşünməyə əsas verir. İndi Avropa və özünü Qərb sivilizasiyasının, mədəniyyətinin “beşiyi” hesab edən Fransa, Şpenqerin, daha öncə iqtibas gətirdiyim əsərindəki “dünya şəhərləri”ni – hipermeqopolsləri xatırıladır...

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər