Sizin Reklam Burada

Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir

Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edirAstana şəhəri bu gün mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Dost və qardaş ölkəmiz Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçılarının Zirvə görüşü keçirilir. Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gedib. Dövlətimizin başçısı ŞƏT-ə üzv olan ölkələrin rəhbərləri ilə Zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlərə başlayıb.

Səfər çərçivəsində dövlət başçısının Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan prezidentləri ilə görüşlər keçirib. Bu görüşlərin Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.

Xatırladaq ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib.

Azərbaycanın ŞƏT-lə əməkdaşlığı: 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.

Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur.

Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzunun, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsinin ölkənin ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlardan biridir. Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır.

Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir

Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə də yüksək səviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir.

ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.

Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır.

Heydər Əliyev Fondu ŞƏT ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verir. Fondun təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub. N.Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Astana zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq.

Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir.

Siyasi ekspert Ə.Hüseynov Avrasiya.net-ə bildirib ki, istər Zirvə toplantısında, istərsə də ikitərəfli görüşlər əsnasında bir çox aktual məsələlər müzakirə olunacaq. Məlumdur ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil və hələ ki üzv olmağa tələsmir. Lakin Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusuna malikdir. Təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında ölkəmizə dialoq üzrə tərəfdaşlıq statusunun verilməsi haqqında Memorandum imzalanıb. Bu memorandum Azərbaycana ŞƏT üzvləri ilə sıx əməkdaşlıq qurmağa imkan verir: "ŞƏT üçün əsas prioritet istiqamət təbii ki, iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycanı da bu gün ilk növbədə məhz iqtisadi məsələlər maraqlandırır. Çünki Qoşulmama Hərəkatının (QH) fəal üzvü olduğumuza görə hazırda hər hansı siyasi blok və ittifaqlara qoşulmaq kimi bir hədəfimiz yoxdur. Ona görə də Azərbaycan öz maraq və mənafelərindən çıxış edərək bu gün əksər qlobal platformalar kimi Şanxay Əməkdaşlıq Təşkilatı ilə də öncə işgüzar əlaqələr qurmağa üstünlük verir. Dünyanın Çin, Hindistan kimi nəhəng iqtisadiyyatlarını birləşdirən ŞƏT ilə dialoq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi bu gün ölkəmizin geoiqtisadi maraqlarına tam cavab verir.

ŞƏT-in Astana Zirvə görüşündə və eləcə də ikitərəfli müzakirələr zamanı heç şübhəsiz ki, Zəngəzur dəhlizi məsələsi də yenidən diqqət mərkəzinə gələcək. Prezident İlham Əliyevin ŞƏT liderləri ilə görüşü zamanı Zəngəzur dəhlizi ilə bağlı yeni reallıqlar və perspektiv imkanlar nəzərdən keçiriləcək. Mümkündür ki, bu müzakirələrin gedişində Zəngəzur dəhlizi ilə bağlı konkret razılaşmalar da əldə oluna bilər. Çünki bu gün faktiki olaraq böyük dövlətlərin hamısı, o cümlədən hətta ABŞ da artıq Zəngəzur dəhlizinin açılmasına xüsusi maraq göstərir. Bu isə heç şübhəsiz ki, Azərbaycana üstün mövqe qazandırır. İnanırıq ki, ŞƏT-in Zirvə toplantısının nəticələri Azərbaycan üçün faydalı olacaq. Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvəsində iştirakı çoxtərəfli iqtisadi əməkdaşlığa təkan verəcək".

Siyasi ekspert Fuad Əliyev isə deyib ki, bir sıra ölkələrlə yanaşı, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib. Respublikamız həmin tarixdən etibarən ŞƏT-in tədbirlərində fəal iştirak edir və qurumla əməkdaşlığı genişləndirir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər