Sizin Reklam Burada

Bu gün Avropada islamofobiya ilə türkofobiya termini bərabər işlədilir

Bu gün Avropada islamofobiya ilə türkofobiya termini bərabər işlədilirCavid Şahverdiyev: Hazırda Avropada türk millətinə qarşı mənəvi soyqırım siyasəti həyata keçirilir, hətta Avropa Parlamenti, Avropa Birliyi səviyyəsində

“Multikulturalizm termini Avropada yaransa da, XX əsrin sonlarından başlayaraq tənəzzülə uğradı. Çünki Avropada insan dəyərləri mövcud hakimiyyətlərin daxili, daha çox xarici siyasətlərinə qurbanına çevrildi. Avropanı islamofobiya qorxusu aldı, bu qorxudan yaxa qurtarmağın yolu müsəlmanlara qarşı mənəvi soyqırımı siyasətindən keçdi. Daha sonra türkofobiya yarandı, hətta bu termin bəzi Avropa ölkələrinin rəhbərlərinin leksikonunda daxil edildi. Hazırda Avropada türk millətinə qarşı mənəvi soyqırım siyasəti həyata keçirilir, hətta Avropa Parlamenti, Avropa Birliyi səviyyəsində”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq Jurnalistlər Cəmiyyətinin (Türkiyə) Azərbaycan təmsilçisi, Avrasiya.net saytının baş redaktoru, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev deyib.

Avropada islamofobiya və türkofobiya meyilləri artdıqca, insan hüquqları da pozulur

O, qeyd edib ki, bu gün Avropada islamofobiya ilə türkofobiya termini bərabər işlədilir: “Avropa İslamın potensial təhlükə mənbəyi kimi aşılandığı, müsəlmanlara qarşı ayrı-seçkilik və açıq nifrətin ünvanına çevrilib. İslamofobiya Avropa Birliyinin 10 ölkəsində, əsasən Fransa və Niderlanda, türkofobiya isə Almaniyada və Avstriyada daha çox müşahidə edilir. Bu ölkələrdə islamofobiya və türkofobiya meyilləri artdıqca, insan hüquqları da pozulur, təhdid və təzyiqlərə məruz qalırlar. Yazılanlara əsasən deyə bilərik ki, son illərdə Avropa ölkələrində artan islamofobiyanın səbəbi bir çox terror hadisələri ilə yanaşı Parisdə 2015-ci ildə Charlie Hebden redaksiyasına hücumun edilməsi, Londonda korpüdə edilən hücumla və Brüsseldə Hava limanındakı partlayışla xarakterizə edilir”.

İslamofobiya hər bir ölkədə fərqli fəaliyyətlərlə nəzərə çarpır

Onun sözlərinə görə, müşahidə edilən hallardan biri də odur ki, islamofobiya hər bir ölkədə fərqli fəaliyyətlərlə nəzərə çarpır: “Pew Tədqiqat Mərkəzinin rəy sorğusunun nəticələrinə əsasən, ard-arda baş verən terror hadisələrindən sonra 2016-cı il ərzində Avropa dövlətlərində müsəlmanlara qarşı qərəzli və mənfi münasibət daha da güclənib. Britaniyada bu rəqəm 20 faizdən 29 faizə yüksəlib. İtaliya və İspaniyanın hər birində bu göstərici səkkiz faiz artaraq 50 və 69 faizə çatıb. Yunanıstanda isə müsəlmanlara qarşı mənfi münasibət 2014-cü ildən bəri 12 faiz artaraq 65 faiz olub”.

C.Şahverdiyev onu da xatırladıb ki, islamofobiya və türkofobiyaya qarşı mübarizə müxtəlif üsullarla həyata keçirilir. Onun sözlərinə görə, Niderlandda, Almaniyada, Belçikada, Fransada daha çox anti-müsəlman aksiyaları baş verib: “Avropada islamofobiya, türkofobiya, neonasizm, etnik qətllər, başqa xalqlara qarşı zorakılıq və digər bu zəmində baş verən cinayətlərdən söz düşəndə yada ilk olaraq Almaniya düşür. Yaxın keçmişə baxın, bu ölkədə nə qədər türklərə məxsus məscidlər yandırılıb. Ştutqart şəhərində türklərin kompakt yaşadığı Mauser küçəsində, Şimali Reyn-Vestfalya əyalətinin Vitten şəhərində olan “Sultan Əhməd”, Berlinin şimalında yerləşən Raynikkendorf rayonundakı məscid binasını yandırıblar. Ölkənin qərbində yerləşən Meşede şəhərində Türk-Alman Dostluq Birliyinin binasına da hücum olub, ona yandırıcı qatışıqlı butulka atılıb. Bundan əlavə, ən azı daha 2 məscidə hücum faktı qeydə alınıb. Fransanın Albertvil, Nant şəhərlərində də naməlum şəxslər Arrahma məscidlərinin yandırıblar. Daha əvvəl Bayonn şəhərində də məsciddə namaz vaxtı naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər yaralanıb. İsveç, Norveç, Danimarkada Quran yandırılıb. Avropa bununla dini, irqi dözümsüzlüyünü, türklərə nifrətini ortaya qoyur.
Avropa Parlamenti artan irqçilik, xarici düşmənçiliyi, miqrant əleyhinə qruplar, ifratçılıq, yadlaşma və islamafobiya kimi gərçək məsələləri müzakirə edə bilmədiyi zamanda türkofobiya ilə mübarizəyə qalxıb, iyrənc bir siyasət həyata keçirməklə”.

Türk dünyası bu məsələdə gecikir

C.Şahverdiyevin fikrincə, Avropda bu çirkin siyasət Türkiyənin dünyada artan gücünün təşviş və narahatlığından doğub: “Üstəlik, Azərbaycanın Avropanın və okeanın o tayındakı məlum ölkənin çətiri altında ölkəmizə qarşı işğalçılıq siyasəti aparan Ermənistanı diz çökdürməsi də Qərbin ovqatını təlx etdiyindən bizə qarşı da güc nümayiş etdirməyə cəhdlər göstərirlər. Amma bütün planlar sübut və dəlillərlə iflasa uğrayıb və uğrayacaq. Sual yaranır, bəs dünyaya səpələnən türk diasporu, türk lobbisi, iş adamları, diplomatik korpuslar, səfirliklər bu ideoloji mübarizədə nəyə nail ola biliblər? Deyərdim ki, bu sahədə biz geridəyik. Çünki, ancaq Türkiyə və Azərbaycan ideoloji savaşa qatılıb. Digər türk dövlətlərinin xaricdə təsir imkanları çox zəifdir”.

Bu ideoloji savaşda da öz sözümüzü deməyi bacarmalıyıq

Qeyd edilib ki, ideoloji mübarizə çox çətindir, özü də xristian həmrəyliyi nümayiş etdirən Avropaya qarşı: “Avropanin beynəlxalq təşkilatları, fondları, Fransa, Almaniya hakimiyyətləri, Avropa Parlamentinin bir çox deputatları erməni milyonçuların pulu ilə susdurulub, elə medianın özü də. Təmsil olunduğum beynəlxalq təşkilatın Avropada bir neçə üzvü var. Təbii ki, onlar da bu mübarizəyə qoşulublar, amma yetərli deyil. Azərbaycanın xaricdəki diaspor təşkilatlatının, imkanlı soydaşlarımızın demək olar ki, heç birinin media orqanı yoxdur. Niderlandda Vüqar Abbasov, Elman Mustafazadə, Elxan Mirhəşimli kimi öz gücü ilə mediaya çıxıb Azərbaycan, Türkiyə həqiqətlərini dünyaya çatdıran vətənpərvərlərimiz var, amma hesab edirəm ki, onlara az da olsa dəstək göstərilsəydi, daha böyük uğurlara imza atardıq. Yəhudi dostlarımızın mediasında Avropanın islamofobiya və türkofobiya siyasətinin ifşasına rast gəlinir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı yaradılıb, güc ortaya qoyulub. Eyni zamanda, yaxşı olardı ki, “Əl Cəzirə” kimi beynəlxalq çəkili, nüfuzlu bir tv yaradılsın. Bir sözlə, yük yenə Türkiyə və Azərbaycan üzərinə düşsə belə, bu ideoloji savaşda da öz sözümüzü deməyi bacarmalıyıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər