ABŞ-da seçkilər yaxinlaşdıqca kütləvi iğtişaşlar təhlükəsi artır
Donald Trampa qarşı uzun müddətdir ki, təzyiq hökm sürür. ABŞ məhkəmələri israrla keçmiş prezidenti cinayətkar elan etməyə və onun gələcək prezidnetlik yolunu bağlamaq istəyir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Zeynal Əmrəliyev deyib.
Onun fikrincə, maraqlı mənzərədir ki, hakimiyyətlərin tam müstəqil olduğu deyilən ABŞ-da məhkəmə hakimiyyəti icra hakimiyyətinin sifarişlərini yerinə yetirir. Trampa qarşı edilən cinayət işləri tam biabrçılıq idi. Bu hadisələr ABŞ-ın siyasi həyatının Afrikanın hansısa "banan Respublikası"dan çox da fərqlənmədiyini ortaya qoydu:
"Qaldı ki, seçkilərdə qalibiyyət məsələsinə, artıq tam əminliklə demək olar ki, Respublikaçılar Partiyası növcud prezidentin qarşısına keçmiş prezidenti çıxaracaq. Düzdür, Nikki Heyli hələ də müqavinət göstərsə belə Tramp artıq tam liderliyi ələ alıb və demək olar ki, qalibdir. Bu seçkilər ABŞ tarixinin ən gərgin seçkilərindən biri olacaq. Seçkilər yaxinlaşdıqca kütləvi iğtişaşlar təhlükəsi artır. Trampın şansı çox olsa da demokratlar hakimiyyəti təhvil verməmək üçün hər deyə hazır olduqlarını dəfələrlə göstəriblər".