Nazirliklər arasında məsləhətləşmələrin beşinci raundu baş tutub

Nazirliklər arasında məsləhətləşmələrin beşinci raundu baş tutub28 noyabr 2022-ci il tarixində Hindistanın paytaxtı Nyu Dehlidə Hindistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin beşinci raundu baş tutub.

Məsləhətləşmələrdə Hindistan nümayəndə heyətinə Hindistan Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə Katibi cənab Sancay Verma başçılıq edib. Azərbaycanın Xarici İşlər Nazirinin müavini Zati-aliləri cənab Elnur Məmmədov Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin dördüncü raundu 28 iyul 2016-cı il tarixində keçirilib.

Tərəflər Hindistan-Azərbaycan ikitərəfli münasibətlərini, o cümlədən siyasi, ticarət-iqtisadi, konsulluq, mədəniyyət və təhsil məsələlərini nəzərdən keçiriblər. Regional məsələlər, BMT və digər çoxtərəfli qurumlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb.

Bu il Hindistan və Azərbaycan diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirlər. Hindistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

İki ölkə müxtəlif sahələrdə, xüsusilə ticarət, kommersiya və enerji sektorunda əməkdaşlığı uğurla şaxələndirib. Ölkələr arasında ikitərəfli ticarət dəfələrlə artıb və bu gün təxminən 1 milyard ABŞ dolları təşkil edir (yanvar-sentyabr 2022-ci il).

Hazırda Azərbaycan Hindistan üçün mühüm xam neft tədarükçüsünə çevrilir. "ONGC Videsh Limited" şirkəti Azərbaycanın karbohidrogen sektorunda əhəmiyyətli maraqlara malikdir.

Azərbaycanda 1400-ə yaxın hindistanlı yaşayır. Azərbaycan isə daha çox hindistanlı turisti cəlb edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər