Türkiyədə ağır yol qəzası: 39 nəfər yaralandı
Dərc olunub:
29-11-2022, 10:39
Türkiyənin Bartın-Zonguldaq avtomobil yolunun Akçaməscid ərazisində sərnişin avtobusu dərəyə aşıb.
Bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 39 nəfər xəsarət alıb. Yaralılar Bartın Dövlət Xəstəxanasına aparılıb.