star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Almaniyada "Güney Azərbaycanın dünəni və bu günü" mövzusunda konfrans keçirilib

Almaniyada "Güney Azərbaycanın dünəni və bu günü" mövzusunda konfrans keçirilibAlmaniyada fəaliyyət göstərən Münster Azərbaycan Evinin təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Almaniyada "Güney Azərbaycanın dünəni və bu günü" mövzusunda konfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə İranda baş verən etirazlarda öldürülən soydaşlarımızla, Vətən müharibəsində şəhid olanların xatirələrini sükutla yad edib.

Daha sonra Güney Azərbaycanın himni səsləndirilib və bununla da konfrans açıq elan olunub.

Aşılışı nitqində çıxış edən Almaniyanda Münster şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Eldar Güneyli son 3 ayda İranda – Güney Azərbaycanda baş verən hadisələr barədə ətraflı məlumat verib.
Daha sonra Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firudin Prəvizniya, DAK İH üzvü Nurəddin Qərəvi, DAK icra aparatının rəhbəri, İSBAM rəhbəri Samir Adıgözəlli, DAK Avropa rəhbəri Əli Hacı Agaevli, Münster Azərbaycan Evinin təmsilçiləri Əhməd Urmulu, Elsevər xanım Ərdəbilli, Bəhmən Nəsibli, Rza Babai, Əbülfəz Corabcı, Vahid Tazen, Əli Quşçu, eyni zamanda, Almaniyanın Köln, Frankfurt və digər şəhərlərindən, həmçinin Bolqarıstan və digər ölkələrdən gələn güneyli ziyalılar çıxış edərək, İranın mövcud rejiminin həyata keçirdiyi amansız zorakılığına, dinc əhaliyə qarşı qəddarlığına, soydaşlarımızın ən təməl haqq və hüquqlarının ayaqlar altına atmasına və digər acı gerçəkliklərə diqqəti çəkiblər.

Natiqlər bildirib ki, son üç ayda İranda yaşanan etiazlarda insanların təməl haqları kobud formada pozulmaqla, onlara qarşı ən qəddar və hətta əxlaqsız üsullardan yararlanmaqla, mövcud rejim bütün beynəlxalq qanunları bu gün də pozmaqda davam edir.

Şübhəsiz ki, Prezident tamamilə haqlıdır. Bu gün bütün azərbaycanlılar bir yumruq kimi birləşərək, Prezidentin arxasında durmaqla, onun göstərdiyi istiqamətlərdə fəaliyyət göstərməkdəyik. Qoy cənab Prezidentin dediyi kimi, bütün düşmənlərimiz görsün ki, biz heç kimdən çəkinmirik...”:
Konfransın sonunda İranda baş verənlərlə bağlı bəyanat qəbul olunub.

Qərara alınıb ki, yaxın günlərdə Avropanın digər ölkələrində Güney Azərbaycanda baş verən proseslərlə bağlı yeni-yeni tədbirlərin təşkil olunması, müzakirələrin aparılması və bununla da İranda yaşanan zorakılığa daha çox diqqətin cəlbi istiqamətində sistemli fəaliyyət artırılsın.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər