Zelenski: "Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşır"

Zelenski: "Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşır"Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna hərbçiləri cəbhənin bütün istiqamətlərində əsas mövqeləri qoruyub saxlayır, bəzi bölgələrdə irəliləməyə hazırlaşırlar.

Bu barədə “Report” Ukrayna mətuatına istinadən xəbər verir.

"Biz ön cəbhə xəttindəki vəziyyəti çox diqqətlə və ətraflı araşdırdıq. Nə qədər çətin olsa da, bütün istiqamətlərdə əsas mövqeləri saxlayırıq. Bizim uşaqlar (hərbçilər - red) cəsarətlə müdafiə olunurlar. Və elə sahələr var ki, orada irəliləməyə hazırlaşırıq”, - Prezident axşam videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, ərazilərə işğalçılar tərəfindən əlavə qüvvələrin köçürülməsi də qeydə alınıb.

“Biz onların bu qüvvələrini “mənfiləşdirmək” üçün hər şeyi edirik”, - dövlət başçısı bildirib.

O, Ukrayna üçün döyüşən və çalışan hər kəsə təşəkkür edib.

"Doqquz aylıq genişmiqyaslı müharibəyə tab gətirdik və Rusiya bizi sındırmaq üçün bir yol tapmadı. Və tapa bilməyəcək. Biz bu cür dayanmağa davam etməliyik! Birlikdə və bir-birimizə kömək edərək", - Prezident vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər