Sizin Reklam Burada

Filippində təyyarə qəzasında ölənlərin sayı artıb

Filippində təyyarə qəzasında ölənlərin sayı artıbFilippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Filippin Silahlı Qüvvələri komandiri Sirilito Sobejan məlumat verib.

Onun sözlərinə görə, ölən hərbçilərin sayı 47 nəfərə çatıb. Sirilito Sobejan əlavə edib ki, qəza nəticəsində 49 hərbçi xəsarət alıb.

Xatırladaq ki, “C-130” təyyarəsi Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən yerə çırpılıb. Filippin Silahlı Qüvvələrinin qərargah rəisi general Sirilito Sobehana bildirib ki, təyyarə uçuş-eniş zolağına düşə bilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər