Sizin Reklam Burada

Makron əleyhinə etirazlar böyüyür: “Legitimliyi yoxdur”

Makron əleyhinə etirazlar böyüyür: “Legitimliyi yoxdur”Fransa parlamentində təhlükəsizliklə bağlı və müsəlmanları hədəf alan irqçi qanun layihələrinin müzakirəyə çıxarılması etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, ölkədə mətbuat azadlığını pozan və polis şiddətini artıra biləcəyi səbəbi ilə tənqid olunan təhlükəsizliklə bağlı qanun layihəsinin 24-cü maddəsinin tənqidlərə məruz qaldığı vaxt polisin jurnalistlərə və fəallara qarşı zorakılığına reaksiyalar artır.

Parisdəki Çatelet meydanına toplaşan etirazçılar Prezident Emmanuel Makron əleyhinə şüarları səsləndirərək, plakatlar qaldırıblar. Sözügedən qanun layihəsinin geri götürülməsini tələb edən etirazçılar hökumətin heç bir legitimliyinin olmadığını bildiriblər.

Aksiyaya İslamofobiya əleyhinə nümayişçilər də qatılıb, Makron administrasiyasının anti-İslam mövqeyi və müsəlmanları hədəf alan irqçi qanun layihəsinə etiraz ediblər.

Nümayişlərlə əlaqədar Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Polis Lionda da nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Respublikaya meydanına çıxan nümayişçilərlə polis arasında gərginlik yaşanıb. Etirazçılar bir motosikleti yandırıblar. Polis meydandakı nümayişçilərə su şırnaqları ilə müdaxilə edib. Polis müdaxiləsi nəticəsində bir nəfər yaralanıb.

Fransa daxili işlər naziri Cerald Darmanin paytaxtdakı nümayişlər zamanı 142 nəfərin nəzarətə alındığını bildirib.

Əlavə edək ki, Milli Məclisdə qəbul edilərək Senata təqdim edilən qanun layihəsində aksiyalar zamanı təhlükəsizlik orqanlarının əməkdaşlarının görüntülərini yayanlara 1 il həbs və 45.000 avroya qədər cərimə nəzərdə tutulur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər