Sizin Reklam Burada

Uşaqlar maska taxmalıdır? – ÜST-dən cavab

Uşaqlar maska taxmalıdır? – ÜST-dən cavabÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı pandemiya şəraitində uşaqların tibbi maskadan istifadəsinin zəruri olub-olmadığı ilə bağlı məsələyə aydınlıq gətirib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, H.Harmancı ÜST tərəfindən bir araya gətirilən beynəlxalq ekspert qrupunun uşaqlarda COVİD-19 xəstəliyi və yoluxması ilə bağlı dəlilləri, uşaqların maskadan istifadəsinə dair məhdud sübutları nəzərdən keçirdiyini bildirib.

“Uşaqların psixososial ehtiyacları və inkişaf mərhələləri kimi amillərə əsasən ÜST və YUNİSEF tövsiyə edir ki, 5 yaşa qədər uşaqlardan maskadan istifadə etmək tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə və ümumi marağına, eləcə də minimum yardımla maskadan ​​istifadə etmə qabiliyyətinə əsasən verilən qərardır”, - ÜST rəsmisi vurğulayıb.

H.Harmancı əlavə edib ki, ÜST və YUNİSEF 6-11 yaş arası uşaqlar üçün maskadan istifadə qərarının bir sıra amillərə əsaslanmasını tövsiyə edir:

“Həmin amilləri sadalayan ÜST rəsmisi qeyd edib ki, bunlar uşağın yaşadığı ərazidə virusun geniş yayılıb-yayılmaması, uşağın təhlükəsiz və düzgün şəkildə maskadan ​​istifadə etmə qabiliyyəti, maskalara əlçatanlıq, habelə müəyyən yerlərdə maskaların yuyulması və dəyişdirilməsi (məktəblər və uşaq baxımı xidmətləri kimi), maska taxmaq, çıxarmaq və təhlükəsiz istifadə etmək üçün uşağa yetişkin tərəfindən nəzarət və təlimat, müəllimlər, valideynlər/baxıcılar və/və ya tibb işçiləri ilə məsləhətləşərək maska ​​taxmağın öyrənmə və psixososial inkişafa potensial təsirini müəyyənləşdirmə, uşağın ciddi xəstəliklərə tutulma riski yüksək olan yaşlılar və yanaşı xəstəliyi olan şəxslərlə ünsiyyəti və düşdüyü şəraitdir”.

H.Harmancı ÜST-ün əhaliyə həmişə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi məsləhət gördüyünü də vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər