Sizin Reklam Burada

Avropa HƏRƏKƏTƏ KEÇDİ: yüzlərlə əsgər və hərbi texnika Türkiyə sərhədinə göndərilir

Avropa HƏRƏKƏTƏ KEÇDİ: yüzlərlə əsgər və hərbi texnika Türkiyə sərhədinə göndərilir
Avropa İttifaqının “Frontex” sərhəd təhlükəsizliyi agentliyi Yunanıstan sərhədinə 1500 əsgər və hərbi texnika göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın müraciətindən sonra Polşanın paytaxtı Varşavada təşkil edilən toplantıda qərar qəbul edilib.

“Frontex”in direktoru Fabrise Leqqeri əməliyyat qərarını sərhəddə hadisələrin sürətli irəliləyişini nəzərə alaraq verdiklərini bildirib.

O, “Frontex” razılaşmasını imzalayan ölkələrə lazımi qüvvənin təmin edilməsi üçün çağırış edib. Aİ ölkələrindən 5 gün müddətində 1500 əsgər, 10 gün ərzində isə hərbi texnika tələb edib.

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel böhranla bağlı Yunanıstan və Bolqarıstanın yanında olduqlarını açıqlayıb.

Qeyd edək ki, Türkiyə suriyalı qaçqınlar üçün Avropa sərhədindəki keçid məntəqələrini açıb. Bundan sonra minlərlə miqrant dəniz vasitəsilə qeyri-qanuni şəkildə Yunanıstana keçməyə cəhd göstərir. Radikal sağçı yunanlar isə qaçqınları kütləvi şəkildə döyür, dənizdə batırmağa çalışır. Naməlum polis avtomobilləri onları sahildən toplayaraq bilinməyən yerlərə aparır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər