Sizin Reklam Burada

Ona görə məğlub olduq ki... - Naqdalyan

Ona görə məğlub olduq ki... - NaqdalyanErmənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Azərbaycanın yeddi rayonunu “təhlükəsizlik zonası” kimi ələ keçirməsinin nəticəsidir.

Ахаr.az xəbər verir ki, bu sözləri erməni ekspert Eduard Nağdalyan deyib.

Onun sözlərinə görə, 1994-cü ildə Ermənistan hakimiyyəti bu yeddi rayonun Dağlıq Qarabağın statusu ətrafında gələcək sövdələşmə üçün nəzərdə tutulduğunu etiraf etsə də, onlar anlamırdı ki, torpaq ticarətinin davam etdirilməsi Ermənistanı qonşu dövlətin ərazi bütövlüyünə qəsd edən işğalçı ölkəyə çevirir:

“Nəticədə variantların ən pisi — status-kvonun qorunub saxlanılması seçildi. Bu, Ermənistanın xarici siyasətinin nəhəng, faciəli səhvi idi. Biz özümüzü elə aparırdıq ki, guya regiona nəzarət edən hərbi superdövlətik. Başa düşmürdük ki, 1994-cü ildəki hərbi qələbənin Azərbaycanla sülh müqaviləsinə çevrilməsi məsələsini dərhal həll etmədən avtomatik olaraq gələcəkdəki partlayışın əks-sayımına başlayırıq. Bax, onda indiki müharibəni uduzduq. Dünya bu fəlakətli məsuliyyətsizliyi anlaşılmazlıqla qarşılayırdı, lakin biz odla oynamağa davam etdirirdik”, - o bildirib.

Nağdalyan Ermənistanın səhvlərini bir-bir sadalayaraq, erməni cəmiyyətində formalaşdırılan fikirləri tənqid edib:

“Taymer 2020 il 27 sentyabr tarixində işlədi. Məğlubiyyətimiz qaçılmaz idi. Bunun günahkarları vaxtilə Heydər Əliyevlə razılaşmayan rəhbərlərimizdir, 25 il ərzində danışıqları imitasiya edən kəndçi liderlərimizdir. Bundan əlavə, 25 il xalqı “düşmənə bir qarış torpaq belə verməyəcəyik” “patriotik” şüarı ilə zəhərləyən bütün erməni siyasi partiyaları, ekspertlər və Ermənistanın KİV-i günahkardır. Azərbaycan torpaqlarının bir qarışı belə Azərbaycana verilməməlidir? Bu, xəstəlikdir... Vaxt keçəndən sonra Paşinyan Ermənistanın ağır mirasını alaraq bu siyasi tələdən çıxa bilmədi. Biz tarixən qaçılmaz hərbi məğlubiyyətə məhkum olmuşuq. Xarici siyasətdəki səhvlərimizin bədəlini ödəyirik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər