"Kıbrıs keçmişi və gələcəyi ilə türk dünyasının bir parçasıdır""Prezidentimiz Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında tarixi çağırış etdi və beynəlxalq ictimaiyyəti Quzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) tanımağa dəvət etdi. Biz də lazımi işləri gücləndirmişik. Beləliklə, Kıbrıs türklərinin əldə edilmiş hüquqları BMT-yə üzv dövlətlərin tanınması yolu ilə qeydə alına bilər."

Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib. Oktay ilk növbədə Türk Dövlətləri Təşkilatının KKTC-ni tanımasının vacib olduğunu bildirib.

"Bu çağırış Prezidentliyimizin rəhbərliyi ilə bütün görüşlərimizdə təkrarlanır. Vizyonumuz adada iki ayrı dövlətin olmasına əsaslanır və KKTC-ni tanımağı hədəfləyir. Kıbrıs keçmişi və gələcəyi ilə türk dünyasının bir parçasıdır. Türk Dövlətləri Təşkilatında KKTC-nin müşahidəçi üzv kimi iştirakını dəstəkləyirik. Quzey Kıbrıs Türk Cümhuriyyətinin olmadığı bir Türk Dövlətləri Təşkilatı yarımçıq olar. Səmərqənddə keçiriləcək Zirvə toplantısında ŞKTC-yə müşahidəçi statusunun veriləcəyinə inanırıq", - deyə Oktay qeyd edib.
İsmayıllıda yeniyetmə ata və oğlunu bıçaqladıİsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində həmkəndliləri - 1994-cü il təvəllüdlü Cümşüd Rauf oğlu Nəcəfov və onun atası, 1964-cü il təvəllüdlü Rauf Cümşüd oğlu Nəcəfov ilə aralarında ailə-məişət zəminində mübahisə düşüb.

Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Daha sonra Q.Gülmalıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıbİran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei barəsində ölüm hökmü çıxarılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, veteran hücumçu ölkədə Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır. Hazırda həbsdə olan Daei ilə yanaşı, daha 15 000 nəfərin edəm olunacağı iddia edilib.

O, oktyabrın əvvəlində Saqqız şəhərində təşkil olunmuş yürüşdə iştiraka görə polislər tərəfindən saxlanılıb, ardınca isə həbsə göndərilib.

Almaniya "Bavariya"sı isə rəsmi saytı vasitəsilə açıqlama yararaq, keçmiş futbolçuları Əli Daei və Əli Kəriminin taleyindən narahatlığını ifadə edib: "Onların və ailələrinin yaxşı vəziyyətdə olduqlarını eşitməyə ehtiyacımız var. Almaniyanın İrandakı səfirliyi ilə əlaqə saxlayıb dəstək göstərməyə hazır olduğumuzu bildirmişik. Məsələni diqqətdə saxlayacağıq".

Qeyd edək ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.
"Erməni xalqı müdrik davranmalı, öz liderlərini sülhə məcbur etməlidir"Vətən Müharibəsinin başa çatmasından 2 il ötür. Xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin ehtiram hissilə anır. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə vəfa borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində mənfur düşməni diz çökdürdü, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda tarixi ədaləti bərpa olundu. Ordusuna və Ali Baş Komandanına güvənən Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək 30 illik işğala son qoydu, şanlı qəhrəmanlıq salnaməsi yazdı və özünün qalib xalq olduğunu bütün dünyaya qətiyyətlə sübut etdi. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanat düşmən üzərində qazandığımız tarixi Zəfəri rəsmiləşdirdi. Bu sənəd məğlub Ermənistanın kapitulyasiyasının təsdiqi idi. Sözügedən Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı.

Azərbaycanın tam qələbəsi ilə nəticələnən 44 günlük müharibənin sonunda imzalanmış üçtərəfli Bəyanat ölkəmizin hərbi-siyasi qələbəsini rəsmiləşdirməklə yanaşı, həm də milli birliyimizin, həmrəyliyimizin necə böyük uğurlara, qələbələrə vəsilə olacağının göstəricisi idi. Bəli, əminliklə söyləyə bilərik ki, müharibənin davam etdiyi 44 gün bizim milli həmrəyliyimizin sınaq günləri idi və biz bir xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. Həmin günlərdə hamımız eyni hiss və həyəcanları bölüşdük. İnsanlarımız o tarixi anları böyük həyəcan hissiilə yaşadı. Hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədiK, Ordumuzun uğurlu əməliyyatlarına sevindik, Şuşanın işğaldan azad edildiyi gün küçələrə axışdıq. Bir sözlə, bütün dünya Azərbaycan xalqının sıx birliyini gördü.

10 noyabr üçtərəfli Bəyanatı Azərbaycan xalqının qalib xalq olduğunu rəsmiləşdirən tarixi sənəddir. Ermənistan rəhbərliyi və erməni xalqı öz məğlubiyyəti ilə barışmalıdır. Bu gün ermənilərin revanşizmə can atmaları onlar üçün həqiqətən də növbəti faciə ilə nəticələnə bilər. Bu dəfə Ermənistanı nəinki Fransa, ABŞ, İran, heç Rusiya da xilas edə bilməyəcək. Erməni xalqı müdrik davranmalı, öz liderlərini sülhə məcbur etməlidir. Əks halda, erməni xalqı millətçi-faşist ideyaların qurbanına çevriləcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycan deputatları iranlı həmkarları ilə əlaqəni KƏSİB"İran parlamentinin üzvləri ilə hansısa təmaslarımız və müzakirələrimiz hələlik mümkün deyil".

Bu sözləri Modern.az-ın sualına cavab olaraq, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə deyib.

İranın Azərbaycana qarşı xoşagəlməz addımlar atdığını deyən deputat son hadisələr barədə iranlı parlamentarilərlə müzakirələr aparmağın lüzumsuz olduğunu deyib:

"Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun bəzi iranlı üzvləri çıxışlar edib və mövqe ortaya qoyublar. İran deputatları Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdilər. Biz isə onların mövqeyinin düzgün olmadığını, ittihamların əsassız olduğunu mətbuata açıqlamalarımızda qeyd etmişik. Hazırda dediyim kimi, əlaqələrimiz yoxdur. İran parlamentinin sədri Azərbaycana gəlməli idi. Amma bizim gözləntimizə rəğmən son gün gəlməyəcəyini öyrəndik. Bu fakt özü də İran parlamentinin hansı mövqedə olduğunu göstərir".

"Milli Məclisin müvafiq iş planı var və bunun əsasında İran parlamenti ilə əlaqələr üzrə işlərimizi davam etdirə bilərik. Halbuki, hələlik belə imkanlarımız yoxdur. Son hadisələrlə əlaqədar Milli Məclis səviyyəsində görüş və ya onlayn müzakirə aparılmayıb. Əgər İran spikeri Azərbaycana gəlsəydi, hansısa formada fikir mübadiləsi aparıla, görüşlərin sonunda memorandum, bəyanat, hər hansı sənəd qəbul edilə bilərdi. İran buna getmədi", - deyə deputat vurğulayıb.

Xatırladaq ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri gözlənilsə də, o, son anda Bakıya gəlməkdən imtina edib. İran tərəfi səfərin təxirə salınmasının səbəbini açıqlamayıb. Bundan dərhal sonra Ermənistan parlamenti İran spikerini İrəvana dəvət edib.

Ümumilikdə isə İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Ermənistana dəstək nümayişi, eləcə də Bakıya ünvanlanan hədələr fonunda iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib. İranın təxribatçı mövqeyinin nədən qaynaqlandığı məlum deyil. Görünən odur ki, Tehran Vətən müharibəsində tarixi qələbəyə imza atan Azərbaycanın uğurlarını hələ də həzm edə bilmir.
Beynəlxalq təşkilatlarda Azərbaycan inamlı tərəfdaşdırAzərbaycan Respublikasının Prezident İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı keçirdiyi önəmli görüşlərla yanaşı paytaxt Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı da maraqla dinlənildi.

Əlbəttə ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu bir dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir.

Toplantıda çıxış edən Azərbaycan Prezidenti diqqəti bir sıra önəmli məsələlərə çəkdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqası təşkilatının müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik. Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
Cənab Prezident bildirdi ki, Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.
İlham Əliyev çıxışı zamanı onu da bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik. Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək. İnkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər, ancaq resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi.

Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı.

Sədaqət Rəhimova
240 saylı körpələr evi-uşaq bağçasının müdiri

Samir Şərifov partiyalara maliyyə yardımından DANIŞDI“Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”.

Avrasiya.net xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

QHT-lərə vəsaitlərin ayrılmasından danışan nazir bildirib ki, bu istiqamətdə bir neçə təklif səsləndirilib:

“Həm siyasi partiyalar, həm də QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə dövlət tərəfindən yardım göstərilir. Bu yardım ola bilsin ki, ildən-ilə istənilən həcmdə artırılmır. Bu məsələ hər zaman dövlətin diqqət mərkəzində olacaq”.
Elmi Tədqiqat İnstitutunda qələbəmizin ikinci ildönümü qeyd edilibGəncədəki Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan uğurlar diqqətə çatdırılmış, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar barədə geniş söhbət açılıb.

Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək ermənilərin yüz illərlə Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, tarixçi alimlər Elnur Həsənov və Vəfa Musayeva çıxış edərək torpaqlarımızın erməni işğalçılarından azad edilməsini Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsi olduğunu qeyd ediblər.

Sonda Qələbəmizdən bəhs edən videoçarx nümayiş olunub.
Hindistan ilk dəfə bu haubitsalarını Ermənistana satırHindistan ilk dəfə 155 mm-lik ATAGS haubitsalarını xarici ölkəyə tədarük edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Hindu” mətbuatı məlumat yayıb.

Məlumata görə, sifariş “Bharat Forge Ltd”nin törəmə şirkəti olan “Kalyani Strategic Systems Ltd” özəl şirkəti tərəfindən alınıb.

Müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.

“Business Standart” nəşri isə bu sistemlərin göndəriləcəyi ölkənin Ermənistan olduğunu yazıb.

Qeyd edək ki, ATAGS haubitsalarının hədəfi vurma məsafəsi 48 km-dir.