
Kult.az xəbər verir ki, vaxtilə dəbdəbəli toyu ilə gündəmə gələn, daha sonra isə ayrılması ilə populyarlaşan və ən nəhayət blogerliklə məşhurluğunu davam etdirən Aysel Şükürova ayağından yaralanıb və vəziyyəti yaxşı deyil.
Bəzi iddialara görə, Aysel Şükürova gecə barına dostu Raulun ad günü məclisinə gəlib.
Blogerin keçmiş həyat yoldaşı Oqtay Əhmədov İnstaqramda xəstəxanada olduğunu bildirib:
“İndi Ayselin yanındayam. Narahat olmayın, hər şey yaxşıdır”.
Qeyd edək ki, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.