Zorakılığa məruz qalan 11 yaşlı qızın son DURUMU"İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın sosial reabilitasiyası davam etdirilir".

Avrasiya.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, azyaşlı psixoloji konsultasiya və terapiyalara cəlb olunub: "Təhsil hüququ bərpa edilib, sosial pedaqoq tərəfindən pedaqoji dəstək göstərilir. Nəticədən asılı olaraq onların reinteqrasiyası məsələsinə baxılacaq".

Qeyd edək ki, İmişlidə 11 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı.
"Qarabağ" millinin qapıçısı üçün 300 min təklif etd"Qarabağ" Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilinin transferi üçün Polşa "Yagelloniya"sına 300 000 min avro təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı qolkiperin keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.

"Köhlən atlar"ın onunla 3 illik müqavilə imzalayacağı bildirilib.

Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə Report-a açıqlamasında Quqeşaşvili ilə maraqlandıqlarını təsdiqləsə də, hələlik razılıq əldə olunmadağını bildirib: "Hazırda onunla yanaşı, daha bir neçə qapıçıya baxırıq".

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə üzrə "Yagelloniya"ya məxsusdur. Amma qolkiper bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.
Azərbaycanlı gəncdən möhtəşəm ixtiraBakı Dövlət Universitetinin doktorantı Məmmədhüseyn Fərzəliyev maraqlı bir qurğu ixtira edib. Onun ixtirası sayəsində işığı, televizoru və s. məişət texnikalarını uzaqdan səslə idarə etmək mümkündür.

Bu barədə Axar.az-a Məhəmmədhüseyn Fərzəliyev özü məlumat verib.

Onun sözlərinə görə, qurğu həm Azərbaycan, həm də rus dilində sözləri başa düşür. Bu qurğu ilə 18 komanda vermək mümkündür (işığı yandırıb söndürmək - ikisi bir yerdə bir komanda sayılır).

“Ancaq bu komandaların sayını 36-ya qədər artırmaq da olar. Bu qurğunu nəinki ağıllı ev sistemində, həmçinin istənilən növ texnikanın səs ilə idarə olunmasında istifadə etmək olar. Bizim ixtiramızın xarici ölkələrdəki qurğulardan əsas fərqi ondan ibarətdir ki, bu qurğu internet olmadan və yüksək səs çıxarmadan da işləyə bilir. Qarşıdakı həftələrdə bizim bir neçə ixtiramız da olacaq”, - M.Fərzəliyev deyib.
Lənkəran Regional Perinatal Mərkəzinin açılışı olubTƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Lənkəran Regional Perinatal Mərkəzin açılışında iştirak edib.

Bu barədə Avrasiya.net-ə mərkəzdən məlumat verilib. Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran Regional Perinatal Mərkəzində aparılmış işlərlə tanış olub. Lənkəran RMX PHŞ-in direktoru Ağabala Kəlbiyev cənub bölgəsində yaşayan əhaliyə xidmət güstərilməsi üçün müəssisənin ən yeni avadanlıqlarla təmin edildiyini qeyd edib. O əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə ixtisaslaşmış kadrların cəlb edildiyini diqqətə çatdırdı.

Daha sonra, Mərkəzin binası ilə yaxından tanış olan Vüqar Qurbanov kollektivə tapşırıq və tövsiyyələrini verib. O Regional Perinital Mərkəzin fəaliyyətə başlamasının olduqca mühüm hadisə olduğunu və Mərkəzin 9 rayonun əhalisinə xidmət göstərəcəyini bildirdi. TƏBİB-in müvafiq şöbələri tərəfindən pernital mərkəzdə çalışan həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində müntəzəm olaraq təlimlərin keçirildiyini qeyd edib.

Məlumat üçün qeyd edə ki, Mərkəzdə ümumilikdə 76 çarpayı (Doğum şöbəsi-45, pataloğiya şöbəsi-15, Anesteziologiya və Reanimasiya şöbəsi-6, Yenidoğulmuşların reanimasiya və intesiv terapiya bölməsi-10) mövcuddur.

Ramiz Göyüşovun məhkəməyə gəlməsi tələb OLUNDUBu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.

Mahir Ələkbərovun Ramiz Göyüşovla olan telefon danışıqları dinlənilib.

Zərərçəkmiş Ramiz Göyüşov iclasda iştirak etməyib. O, səhhəti ilə bağlı məhkəməyə ərizə göndərərək prosesə gələ bilmədiyini, onun iştirakı olmadan məhkəmənin keçirilməsini istədiyini bildirib.

Daha sonra Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov növbəti iclasda Ramiz Göyüşovun iştirak etməsinin təmin olunmasını istəyib. Vəkil bildirib ki, Ramiz Göyüşova veriləcək sualları var və buna görə də zərərçəkmişin prosesdə iştirakı vacibdir.

Növbəti məhkəmə prosesi yanvarın 14-nə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.


İlham Əliyev Medvedevə etiraz məktubu göndərdiRusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

Onun bu addımı Azərbaycan rəhbərliyinin ciddi etirazına səbəb olub.

Belə ki, Azərbaycan prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib. (Trend)
Tokayev Paşinyana TƏŞƏKKÜR ETDİQazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri, Ermənistanın baş naziri Nikol Paşinyana, o cümlədən Rusiya, Belarus, Qırğızıstan və Tacikistan prezidentlərinə KTMT-nin birgə sülhməramlı qüvvələrinin göndərilməsi qərarına görə minnətdarlığını bildirib.

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Tokayev deyib:

“KTMT-yə sədrlik edən Ermənistanın baş nazirinə, həmçinin Belarus, Qırğızıstan və Tacikistan prezidentlərinə səmimi qəlbdən təşəkkür etmək istəyirəm.

Mən Rusiya prezidenti Vladimir Putinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. O, mənim bəyanatıma mehriban, isti və çevik münasibət bəslədi”.
Rusiyanın sabiq Baş Qərargah rəisi koronadan öldüRusiya ordusunun sabiq Baş Qərargah rəisi, ordu generalı Anatoli Kvaşnin bu gün Moskvada dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Hərbi Rəislər Klubunun aparat rəhbəri Nikolay Deryabin məlumat yayıb.

O bildirib ki, Kvaşninin ölümünə səbəb koronavirus infeksiyasıdır.

Qeyd edək ki, Kvaşnin 1997-2004-cü illərdə Baş Qərargah rəisi olub.
Əli Əliyevlə bağlı iki məhkəmə prosesi keçirildiYanvarın 7-də Yasamal Rayon Məhkəməsində Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterinin qəzaya uğraması nəticəsində yaralanmış polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında iki məhkəmə iclası keçirilib.

Modern.az xəbər verir ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun, Ramin Ədilovun iddiası üzrə isə hakim Rauf Daşdəmirovun sədrlik etdiyi iclasda Əli Əliyevin və onun vəkilinin eyni mahiyyət kəsb etdiyi üçün sözügedən şikayətlərin birləşdirilməsinə dair vəsatətləri qəbul olunmayıb.

Qeyd olunan iddialar üzrə növbəti məhkəmə iclasları müvafiq olaraq, 2022-ci il yanvarın 11-i və 13-nə təyin edilib.

Vətəndaş və İnkişaf Partiyası (VİP) Əli Əliyevə qarşı qaldırılmış bu iddiaları və məhkəmə proseslərini ardıcıl təzyiqlərin davamı, o cümlədən, Azərbaycan dövlətinin beynəlxalq imicinə növbəti zərbə kimi qiymətləndirərək, hakimiyyəti siyasi mübarizədə yolverilməz üsullardan birmənalı imtina etməyə çağırır.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi ölüb, iki nəfər yaralanıb.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Türkiyəyə səfər edəcəkQuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Faiz Sucuoğlu rəsmi görüşlər keçirmək üçün Ankaraya səfər edəcək.

Avrasiya.net xəbər verir ki, Baş nazir Faiz Sucuoğlunun səfəri yanvarın 12-də baş tutacaq.

Baş nazir Sucuoğlu Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktay ilə görüşəcək, iki ölkə arasındakı əlaqələr, Kıbırs məsələsi və müxtəlif mövzularda fikir mübadiləsi aparacaq.

Baş nazir həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul olunacaq.

Faiz Sucuoğlu Türkiyənin vitse-prezidenti Fuat Oktay ilə görüşündən sonra müxtəlif görüşlər keçirəcək.