"Türkiyədə akademik həyat böyük zəhmət, ciddi araşdırmalar tələb edir"Yazıçı-jurnalist, Prezident təqaüdçüsü, Türkiyənin Qazi universitetinin doktorantı Şəhla Aslanın "OLAYLAR"-a müsahibə verib. O, qardaş ölkənin təhsil sisteminin üstünlüklərindən, eləcə də xarici ölkə gənclərinin Türkiyənin ali təhsil ocaqlarına olan marağından danışıb.

-Şəhla xanım, bildiyimiz kimi siz hazırda Qazi Universitetində doktrantura təhsili alırsınız. Ümumiyyətlə, qardaş ölkənin təhsil sisteminə kifayət qədər bələd olan, bu sahə ilə bağlı müxtəlif layihələrdə iştirak edən həmvətənlərimizdənsiniz. Bizim üçün maraqlıdır, azərbaycanlı gənclər hansı özəliklərdən, üstünlüklərdən dolayı daha çox Türkiyə universitetlərində təhsil almağa üstünlük verirlər?

-Türkiyədə təhsilin üstünlükləri çoxdur. İki ölkə arasındakı dil yaxınlığı, təqaüd imkanları, təhsilə sərf olunan xərc, viza probleminin olmaması və s. bu kimi səbəblər təhsil almaq üçün tələbələri cəlb edə bilir. Məsafəcə Azərbaycana yaxın olması, təhsil haqqının digər ölkələrə nisbətdə daha aşağı olması Türkiyədə təhsilin digər üstünlüklərindəndir. Onu da deyim ki, Türkiyədə tələbələrə özəl münasibət var. Universitetlərdə təhsilin yüksək səviyyədə savadlı və peşəkar pedaqoqlar tərəfindən müasir texnologiya və avadanlıqlar vasitəsilə tədris olunması, inkişaf etmiş infrastruktur, yeməkxanalarda güzəştli menyular, kampuslarda fasiləsiz internet xidməti, zəngin kitabxanalar, ictimai nəqliyyatda, alış-verişlərdə tələbə endirimləri gəncləri Türkiyədə təhsil almağa sövq edir.

Digər tərəfdən, hazırda Türkiyə xarici tələbə sayına görə dünyada ilk 10-luqdadır; Burada xarici ölkələrdən iki yüz mindən çox tələbə təhsil alır. Türkiyənin qabaqcıl universitetləri tələbələrə sərfəli təcrübə proqramları təklif edən müxtəlif təşkilatlar, şirkətlərlə əməkdaşlıq edir ki, nəticədə tələbənin təhsil alarkən belə potensial işəgötürən tapa bilmə şansı olur. Bu da digər bir önəmli səbəb ola bilər.

-Bəzən gəclərimiz Türkiyədə universitetə daxil olduqdan sonra orada oxumağa çətinlik çəkirlər. Bu onu deməyə əsas verirmi ki, Türkiyədə ali təhsil almaq o qədər də asan deyil və kifayət qədər məsuliyyət tələb edir?

-Əlbəttə, Türkiyə təhsil sistemi Azərbaycan təhsil sistemindən tamamilə fərqlənir. Çətindirmi? - Bu tələbəyə görə dəyişir. Məsuliyyət? - Əlbəttə, təhsil almaq ciddi məsələdir.

Ümumiyyətlə, xaricə təhsil almaq üçün gedən tələbənin cəlb olunduğu sosial və akademik mühitə alışma prosesində problemlərlə üzləşəcəyi gözləniləndir. Bunlardan bəziləri özünü yad hissetmə, sosial və mənəvi dəyərlərdəki ziddiyyətlər, təhsil sisteminə adaptasiyada yaşanan çətinliklərdir. Bəzi tələbələr təhsillə yanaşı gündəlik həyatda da bir çox çətinliklərlə qarşılaşırlar; Ünsiyyət qurmada, maddi məsələlərdə və s. Tələbənin iqtisadi vəziyyəti və gündəlik ehtiyaclarını ödəməkdə qarşılaşdığı çətinliklər digər problem kimi qarşıya çıxır. Türkiyədə xarici tələbələrin qanuni iş icazəsi yoxdur. İşləməyən, ailələrinin dəstəyi ilə təhsillərini davam etdirən bir çox tələbələr bir müddət sonra yaşayış, nəqliyyat, səhiyyə, təhsil və s. xərclərinin öhdəsindən gələ bilmirlər. Bu vəziyyət göstərir ki, xaricdə təhsil almağa gedən tələbələr təhsildə müvəffəqiyyətli olmaq üçün yaşadıqları ölkənin təhsil sistemi, mədəniyyəti, həyat tərzi haqqında o ölkəyə getmədən öncə ciddi araşdırmalıdır.

Ayrıca, ailə və vətən həsrəti kimi müxtəlif səbəblər də var. Bir qisim həssas tələbələr ailəsindən, vətənindən ayrı qalmağa dözə bilmirlər. Gender baxımından, daha çox qız tələbələrin, yaş qruplarına görə isə 18-21 yaş qrupunda olan tələbələrin bu mövzuda daha çox problem yaşadığına rast gəlinir.

Qeyd etmək lazımdır ki, ənənəvi təhsil anlayışının üstünlük təşkil etdiyi sistemlərdə tələbələr sinifdə sual verməyə, sərbəst öyrənməyə və müstəqil araşdırma aparmağa həvəsləndirilmir. Tələbə səssiz və dinləyici mövqedə olur. Tələbəylə müəllim arasında formal bir ünsiyyət olur. Türkiyə təhsil sistemində isə müəllimlərlə aktiv ünsiyyət, ev tapşırıqları, hesabatlar, təqdimatlar və sinifdə mövzulara dair müzakirədə aktiv iştirak akademik uğur əldə etmək üçün ciddi əhəmiyyət kəsb edir.

Təəssüf ki, qeyd etdiyiniz təhsilini yarıda buraxan tələbə qrupu Azərbaycanda alışdıqları "təhsil alma qaydaları"ından kənara çıxa bilmirlər ki, bu da təhsillərini uğurlu şəkildə başa çatdırmalarına ciddi maneə olur. Türkiyədə müəllimlər tələbələrdən məhsuldarlıq, ciddi çalışmalar etmək tələb edirlər. Bir qrup tələbələr bu vəziyyət qarşısında aciz qalırlar. Tədqiqat bacarıqsızlığı, akademik dilin zəif olması, Türkcə elmi terminlərinin başa düşülməməsi tələbələr tərəfindən mühüm problem kimi qəbul edilən digər elementlərdən biridir. Bu mənada, azərbaycanlı tələbələrin aldıqları türkcə dil kursları akademik təhsildə uğurlu olmağa kifayət etmir. Yuxarıda qeyd etdiyim sahələrdə bakalavr tələbələri daha çox çətinlik çəkirlər. Magist və doktorantlar nisbətən az problem yaşayırlar. Onların təməl bilikləri və yaş baxımından daha yetkin olmaları özlərini daha yaxşı ifadə etməyə imkan verdiyini söyləmək olar.

-Təxminən qardaş ölkədə nə qədər azərbaycanlı tələbə təhsil alır, bu barədə bilginiz varmı?

-Türkiyədə təqribən 200 min xarici tələbə təhsil alır. Burada say çoxluğuna görə, birinci yerdə suriyalı tələbələr 27 min 34, ikinci yerdə azərbaycanlı tələbələr 19 min 383 gəlir. Qeyd edim ki, bu 2019-cu il statistikasıdır. Hazırda bu rəqəmin bir az daha yüksək olduğunu güman edirəm.

- Yuxarıda qeyd etdiyimiz kimi siz uzun illərdir ki, qardaş ölkənin təhsil sahəsindəsiniz, doktrantura təhsili alırsınız, eyni zamanda təhsillə bağlı müxtəlif layihələrdə iştirak edirsiniz. Türkiyədə təhsil almaq istəyində, arzusunda olan gənclərimizə nələri tövsiyə edərdiniz, Türkiyədə ali təhsil almaq arzusunda olan gənclərimiz ilk mərhələdə hansı vacib addıları atmalı, prosedurlardan keçməlidirlər?

-Türkiyədə təhsil almağı düşünən tələbələr öncəliklə, büdcələrini dəqiq təyin etməli və oxumaq istədikləri universiteti dəqiq araşdırmalıdırlar. Doğru universitet seçimi təhsil almaq üçüb ən vacib qərardır. Universitetin reytinq göstəriciləri, yəni beynəlxalq tanınmışlıq dərəcəsi önəmli məsələdir. Tələbələr üçün yüksək ödəniş qarşılığında universitetlərdən "qəbul alan" xaricdə təhsil şirkətləri hər zaman uğurlu olmur. Tələbələr Türkiyəyə gəldikdən sonra ciddi problemlərlə üz-üzə qalırlar. Şirkətlərin hamısı doğru məlumat vermir və ya insanları aldadırlar. Türkiyədə təhsil almaq üçün hansısa şirkətə müraciət edirsinizsə, mütləq şirkəti araşdırın, çünki sizə bir çox şirkət yalan vədlər verərək aldada bilir. Şirkət tərəfindən söylənilən şərtlərlə real şərtlər çox zaman fərqlidir. Tələbə dərslərə başlaya bilmir, arada vaxt da gedir, şirkətə ödənilən pul da. Texnologiyanın inkişaf etdiyi bir dövrdə universitetlər haqqında məlumat almaq, təhsil üçün müraciət etmək olduqca əlçatandır. Yaxşı olar ki, müraciətləri tələbələr özləri etsinlər. Kifayət qədər münasib qiymətli və təhsil haqqı aşağı olan əlverişli universitetlər var. Təhsil almaq üçün dərəcə, ixtisas və universitetin yerləşdiyi şəhər də önəmli faktordur. Bunlara əvvəlcədən diqqət etsinlər.

Magistratura və doktoranturaya müraciət edən tələbələr elmi araşdırma edə bilmək üçün mütləq şəkildə bir neçə xarici dil öyrənsinlər. Müxtəlif sahələrə uyğun ən yeni araşdırma məqalələri, jurnallar, kitablar xarici dildədir. Bunlardan xəbərdar olmayan araşdırmaçının çalışmaları ciddi hesab olunmur. Azərbaycanlı tələbələrin qarşılaşdıqları ən böyük problemlərdən biri də elə elm sahəsində qəbul olunan texniklərə uyğun məqalə, elmi iş yaza bilməməkdir. Çünki, bu haqda Azərbaycanda yetəri qədər bilgilərə sahib olmurlar. Türkiyədə akademik həyat böyük zəhmət, ciddi araşdırmalar tələb edir. Tələbələr bu məsələdə Azərbaycan nümunəsini tamamilə unutmamalıdırlar. Əlbəttə ki, təqaüd imkanları da axtarılmalıdır. Bəzi təqaüd proqramları tam yəni, Türkiyədə olarkən bütün xərcləri, bəziləri isə qismən xərcləri qarşılayır. Bu kimi imkanlardan yararlanmaq faydalı olar. Yeri gəlmişkən, mən də doktorantura təhsilimi Türkiyə dövlətinin təqaüdü vasitəsiylə alıram. Dövlət təqaüdlərinə müraciət etmək istəyən tələbələrimizlə təcrübələrimi bölüşə bilərəm.

- Azərbaycanda bir qayda olaraq tələbələr ikinci kursdan sonra müxtəlif qurumlarda öz ixtisasları, yaxud başqa ixtisaslar üzrə işləməyə can atırlar və işləyirlər. Bəs, Türkiyədə necə, gənclər təhsildən sonra, yaxud təhsil aldıqları dönəmdə özlərinə iş tapa bilirlərmi?

-Türkiyədə müxtəlif dövlət qurumları və vakıflar ehtiyac sahibi tələbələrə özəl olaraq təqaüd verirlər. Tələbələr dövlət yataqxanalarında nisbətən münasib qiymətə qala bilir, pulsuz yeməklərdən qidalana bilirlər. İş məsələsinə gəldikdə, Türkiyə vətandaşı tələbələr (bakalavr və ya magistr, doktorant) eyni zamanda, təhsil aldıqları universitetin müxtəlif şöbələrində, dekanlıqlarda, kitabxanada, yeməkxanada və s. rəsmi qaydada part-time işləyə bilirlər. Tələbələrin 1 saatlıq zəhməti müqabilində hər il müəyyən edilmiş minimum əmək haqqının bir saatı civarında ödəniş alırlar. Bu ödəniş müəyyən düstur ilə hesablanır. Tələbələrin dərs davamiyyəti, ictimai fəaliyyəti nəzərə alınaraq universitetdə aylıq təqribən 60 saat işləyə bilirlər. İşləyən tələbələr dövlətdən aldıqları təqaüddən və ailələrinin onlara verdiyi imkanlardan məhrum edilmirlər. Bundan əlavə, tələbələrin universitetdən kənar müxtəlif iş yerlərində də işləmə, ixtisaslarına uyğun təcrübə keçmək imkanları olur. Təcrübə zamanı da onlara müəyyən qədər maaş verilir.

- Pandemiya dövrü qardaş ölkədə ali təhsil sisteminə nə dərəcədə mənfi təsir göstərib?

-Məlumdur ki, 2020-ci ilin ən böyük fəlakəti bütün dünya üçün COVİD-19 adlı pandemiya virusu oldu. Bütün dünya kabus yaşadı, bir çox ölkədə səhiyyə sistemilə yanaşı təhsil sistemi də çökdü. Pandemiya dövründə Türkiyə dövlətində təhsil sahəsinin daha az zərər görməsi üçün ilk günlərdən başlayaraq müəyyən tədbirlər həyata keçirildi. İlk növbədə təhsil müəssisələri mərhələli şəkildə bağlandı və distant təhsilə başlandı. Televiziya kanalları vasitəsilə orta məktəb şagirdlərini təhsildən kənarda tutmamağa səy göstərildi. Qısa müddət ərzində həm distant, həm də üzbəüz təhsildə hibrid metod tətbiq etməyə başlandı. Daha sonra tamamilə distant təhsilə start verildi. Koronavirus epidemiyası bütün ölkələrə təhsildə rəqəmsallaşmanın nə qədər vacib olduğunu göstərdi. Bu mənada, distant təhsil tətbiqlərində internetdən istifadə edən fərdlərin əhaliyə nisbəti daha vacib məsələ kimi ortaya çıxdı. Məsələn, Türkiyədə bu nisbət 90,7% təşkil edir. Bu hətta bir çox inkişaf etmiş ölkələrin göstəricilərindən yüksəkdir. Türkiyə universitetlərinin bir çoxunda distant təhsil fəaliyyətinin əlçatan olması üçün lazımi texniki infrastruktur bazası pandemiyadan öncə də mövcud idi. Buna görə də, pandemiya dövründə tədrisin davam etdirilməsində Türkiyəyə məxsus ciddi problemlər yaşanmadı. Sözsüz, pandemiya zamanı bütün dünya təhsil sahəsində yaşanan ümumi risklər Türkiyə təhsil sistemində var idi. Bunlardan birinci və ən mühüm olanı təhsildə imkan bərabərsizliklərin dərinləşməsi riski, ikincisi, uzun müddət təhsildən uzaq olan tələbələrdə baş verən öyrənmə itkisinin artması və nəhayət, məktəblə əlaqəsi azalmış şagirdlərin yenidən məktəbə qayıtması zamanı dərsdən yayınma və davamiyyətsizlik hallarının artması riskləri təhsil prosesinin ən böyük riskləri oldu.

-Bildiyimiz qədər siz doktrantura təhsili almaqla yanaşı, eyni zamanda qardaş ölkədə həm ictimai fəaliyyətlə, həm də jurnalist fəaliyyəti ilə məşğul olursunuz. Bir neçə fəaliyyətlə məşğul olmaq yorucu deyil və dərslərə, imtahanlara hazırlıq baxımından problemlər yaratmır?

-Türkiyədə doktorantura təhsili əsas iki mərhələdən ibarətdir. Rəsmi dərslərdə iştirak mərhələsi (təqribən 3 semestr) və elmi iş yazma mərhələsi. Mənim rəsmi dərslərim bitib, imtahanlarımı uğurlu şəkildə verdim, ikinci mərhələyə keçməyə haqq qazandım. Hazırda elmi iş yazıram, hər semestr sonu elmi işimin komissiya üzvlərinə - professorlara hesabatını verirəm. Bu mənim üçün o qədər də çətin olmur. Əsas iş mövzuya uygun ciddi araşdırma etmək və elmi işini mərhələli şəkildə dəqiq yazmaqdır. Bu baxımdan, düzgün planlaşdırma edərsənsə, digər fəaliyyətlərlə də məşğul olmağa zamanım qalır.

-Sirr deyilsə, qarşıdakı planlarınız, doktrantura təhsilini başa vurduqdan sonrakı hədəfləriniz nədən ibarətdir?

-Hazırda, elmi işimə dair araşdırmalar aparmaq fəaliyyətimin ən önəmli hisssəsidir. Elmi işimi uğurlu şəkildə müdafiə etdikdən sonra ixtisasıma uyğun (təhsilin idarəedilməsi) hər hansı bir qurumda çalışmaq, idarəediciliyə dair öyrəndiyim nəzəri biliklərimi praktikada tətbiq etmək niyyətindəyəm. Bununla yanaşı, jurnalistika fəaliyyətini davam etdirmək, yeni ədəbi-bədii əsərlərdən ibarət kitablar çap etdirmək hər zaman üçün aktualdır.

Süleyman İsmayılbəyli
Rusiya Dövlət Dumasının deputatı: “Qazaxıstan Rusiyaya birləşdirilsin...”Rusiya Dövlət Dumasının deputatı, korrupsiyaya qarşı mübarizə və təhlükəsizlik komitəsinin üzvü, hakim “Vahid Rusiya” partiyasının təmsilçisi Biysultan Hamzayev Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağırıb. Deputat özünün sosial şəbəkə hesabında bildirib ki, Qazaxıstanın “tarixi vətəni Rusiya ilə birləşməsinin” vaxtıdır.

“Mərkəzi Asiya rus torpağıdır! Sosial şəbəkələrdə Qazaxıstanın Rusiya ilə birləşməsi ideyasının müzakirəsi gedir. Şəxsən mənim, Rusiya vətəndaşının, siyasətdən və vəzifəsindən asılı olmayaraq tutduğu mövqe belədir. Qazaxıstanın tarixi Vətəni Rusiya ilə birləşdirilməsinə dair referendumun keçirilməsini dəstəkləyirəm”, - Dağıstandan deputat belə yazıb.
Direktorun şagirdi döyməsi araşdırılır - VİDEOBakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

İdarədən Modern.az-a bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

"Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır" , - deyə rəsmi məlumatda bildirilib.

Xatırladaq ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdə şillə vurması ilə bağlı görüntülər yayılıb. Direktorun bu hərəkəti sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
[media=https://m.youtube.com/watch?v=DthIvx6h8jM]
Almatıda polisin başını kəsdilərQazaxıstanın Almatı şəhərində baş verən qarşıdurmalarda 12 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşının meyiti başı kəsilmiş halda tapılıb.

"Almatıda qətlə yetirilən asayiş keşikçisi başı kəsilmiş halda tapılıb, bu, dəstələrin terrorçuluğuna sübutdur", - deyə komendaturadan bildirilib.

Daha 353 nəfər güc strukturları əməkdaşının xəsarət aldığı bildirilir.
Ermənistan Qazaxıstana 70 hərbçi göndərdiErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana 70 hərbçi göndərib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət edib.
Bakıda ŞOK OLAY: Yüksək vəzifəli şəxs evində gizli kamera quraşdırdı, hər şey görüntüləndi - FOTOBakı şəhər Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına liseyin dorektoru Sevinc Orucovanın evindən külli miqdarda pul oğurlanması hadisəsinin təfərrüatları üzə çıxıb.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.Orucova Yasamal rayonu H.B küçəsində yerləşən çoxmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşdirdiyi seyfdən özünə məxsus olan 50 min manatdan 20 min manatın, qardaşı Anara məxsus olan 41 min dollardan isə 34 mininin naməlum şəraitdə yoxa çıxmasından sonra qardaşı ilə plan qurub. Belə ki, 2019-cu ilin sentyabrından 2020-ci ilin martınadək pulların hissə-hissə yoxa çıxdığını görən lidey direktoru evində dayə işləyən, həmçinin rəhbərlik etdiyi lideydə laborant kimi adı gedən və işə getməsə də, maaş alan 1990-cı il təvəllüdlü Gülnar Əliyevadan şübhələnib. Bu məqsədlə o, qardaşı ilə birgə Gülnarın oğurluq əməlini sübuta yetirmək üçün dəlillər toplamağa başlayıb. Direktorun qardaşı mütəxəssis taparaq evə dəvət edib və mənzilə bir neçə yerdə gizli kameralar quraşdırılıb. Kameraların qeydə alındığı görüntülər S.Orucovanın telefonuna istiqamətləndirilib. Bir neçə gün sonra şübhələr özünü doğruldub və S.Orucova telefonla kameraları izləyərkən evində oğluna baxan və uzaq qohumu olan dayənin əlcək geyinərək seyfi açdığını və oğurluq etdiyini görüb. S.Orucova əvvəlcə Gülnarı özü mühakimə edib və onu kamera qarşısında danışdıraraq pulları geri verməsini tələb edib. G.Əliyevanın ağlayaraq yalvardığı görüntülərdə o, yalnız 11 min dollar götürdüyünü və pulu qardaşına verdiyini, bu hadisə barədə anasına heç nə deyilməməsini xahiş edib. Bundan sonra oğurlanmış pulları tam miqdarda geri ala bilməyəcəyini görən lidey direktoru bütün görüntüləri və digər sübutları toplayaraq qardaşı ilə birgə polisə müraciət edib. G.Əliyeva barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iş açılıb.

Publika.az-ın əldə etdiyi digər məlumata görə, oğurluq əməlindən sonra dayə təzə aldığı avtomobilin kreditini bağlayıb, özünə son model bahalı telefon alıb. Onun cinayət əməlinin üstünün açılmasından sonra isə G.Əliyevanın anası evini satıb və lisey direktoru ilə qardaşına dəymiş ümumilikdə 78 min manatlıq ziyanı ödəyib. Bundan sonra S.Orucova və qardaşı şikayətlərini geri götürüblər və Gülnarın azadlığa buraxılmasını xahiş ediblər.

Qeyd edək ki, külli miqdarda pulu oğurlanan Heydər Əliyev liseyinin direktoru Sevinc Orucovanın qardaşı da böyük şirkətlərdən birində rəhbər vəzifədə çalışır.
Almatıda iğtişaşlarda 12 polis öldürülübQazaxıstanın Almatı şəhərində iğtişaşlarda hüquq-mühafizə orqanlarının 12 əməkdaşı öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə şəhər komendantlığı məlumat yayıb.

Məlumata görə, 353 əməkdaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, başı kəsilmiş bir kişinin meyiti aşkarlanıb.
Polis ərinin öldürdüyü Xanımın SON MƏKTUBU - “Xoşbəxt qadın deyiləm”Bakıda 24-cü polis şöbəsində əri İsmayıl Məmmədov tərəfindən öldürülən Xanım Məmmədovanın gizli məktubu üzə çıxıb.

O, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinin məzunu olub. Tələbə olduğu dövrdə İsmayıl Məmmədovla ailə həyatı qurub. Lakin ərinin qadağalarına görə heç vaxt işləməyib. Polis əməkdaşı olan İ.Məmmədov Xanım Məmmədovaya geyim və başqa insanlarla ünsiyyətlə bağlı qadağalar qoyulub. Kriminalqafqaz-ın məlumatına görə, cinayət işinin istintaqı zamanı X.Məmmədovanın əl çantasındakı pulqabıdan əlyazma mətn çıxıb.

Məktubda həyat dolu, şən bir qadın olduğunu qeyd edən X.Məmmədova ərinin ona qoyduğu qadağalara görə heç vaxt ürəkdən gülməyi belə bacarmadığını yazıb.

Məktubun mətnini olduğu kimi təqdim edirik:

“Haradan başlayım, nə deyim bilmirəm. Ama bir şeyi bilirəm ki, öz həyatımın içində boğuluram, öz qaranlığımda batıram. Kaş ki, sən də mənim səni qəbul etdiyim kimi qəbul edəydin. Bir söz varee, deyirlər ki, hər şeyi olduğu kimi qəbul et, olmağını istədiyin kimi yox. Bax, mən səni olduğun kimi qəbul etmişəm. Ama sən məni olduğum kimi yox, olmağımı istədiyin kimi qəbul etmisən. Beynində başqa bir Xanım yaratmısan, öz istəklərinə uyğun... Mənim hisslərimi, arzularımı, duyğularımı, xəyallarımı heçə sayaraq. Mən də özümü sənin beynində yaratdığın Xanıma görə uyğunlaşdırmışam, özümü və mənliyimi heçə sayaraq. Ama sən bunu heç görmürsən, bəlkə də görə bilmirsən.

Artıq çox yorulmuşam içimdəki deyən, gülən, şən, şıltaq Xanımı sıxıb, sənin beynindəki o Xanım kimi olmaqdan. Bilirəm bu çox axmaqca bir hərəkətdir, çox səhvdir. Sanki özümü, mənliyimi qurban etmişəm. Heç vaxt imkan verməmisən ki, sənin yanında rahat olum, sərbəst olum. Həmişə gülmək istəmişəm ürəkdən, demisən “şitlik eləmə”, nəsə söz demək istəmişəm, demisən “özünü yaxın hiss elədin deyəsən”, "...əldən getdi deyəsən”.

Axı sən mənim ailəmsən, mən ən rahat, ən yaxın sənin yanında olmalıyam. Heç vaxt məni başa düşməmisən. Desəm ki, “İsmayıl evdə ürəyim sıxılır, bir az havaya çıxaq”, öz istəyini fikirləşmisən, sənə uyğundursa qoymusan, uyğun deyilsə qoymamısan.

Mənim hisslərim, istəklərim sənin üçün mənasızdır. İnan ki, heç istəməzdim bunu deyim, ama bu belədir həqiqətən. Mənim həyatım ikiyə bölünüb. Anamın, atamın yanında tam rahat olduğum kimi oluram. Ama sənin yanında başqa, tam başqa biri və bunu sən yaratmısan. Sənin yanında nə ürəkdən gülə bilirəm, nə ürəkdən üzülə bilirəm, nə də ürəyimdən keçən sözü deyə bilirəm. Küçə sözlərini, q...ə, cındır, fahişə sözlərini nə qədər demisənsə, artıq psixologiyam pozulub. Özümdən şübhə etməyə başlamışam. Deyirəm görəsən həqiqətən belədi? Bəlkə mən həqiqətən onun dediyi kimiyəm? Sən bilirsən bu hisslər necə qorxuncdu? İnsanın özündən şübhə etmək qədər faciəli bir hiss ola bilməz.

Həyat mənim üçün çox mənasız və sıxıcıdır. Artıq mənəvi və ruhən çox yorğunam. Hələ bu vaxta qədər səninlə ürəkdən söhbət də etməmişik, edə bilməmişik. Çünki həmişə ağzımdan çıxan kəlimələri güdmüsən, Xanım nəsə bir söz desin, problem çıxsın, vurum onu. Boğuluram nəfəs aldıqca. Artıq məni olduğum kimi qəbul et. İnan ki, mən sənin beynində yaratdığın Xanımdan daha da yaxşı, hər şeyi anlayan, xoş, gülərüz, şən biriyəm. Mən pis insan deyiləm İsmayıl, bəsdir artıq məni pis biri kimi tanıtdın hamıya. İçimdəki məni, uşaq kimi, şıltaq, şən, uyumlu Xanımı öldürmə. Məni tanımağa, anlamağa, qəbul etməyə çalış. Sıxmağa, boğmağa, öldürməyə yox. Məni özündən uzaqlaşdırma, yalvarıram. Xəyalımdakı o xoşbəxt ailəni məhv etmə. Çox xoşbəxt anayam, şükür yaradana. Amma xoşbəxt qadın deyiləm. Kömək elə, yardımçı ol ki, mən də xoşbəxt qadın olum...”.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. Belə ki, əri tərəfindən döyülən qadın onun iş yerinə şikayətə gəlib. Arvadının onun iş yerinə gəlməsini utancverici hal kimi qəbul edən İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qətlə yetirib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
KTMT artıq QazaxıstandadırKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin qabaqcıl bölmələri artıq Qazaxıstanda öz missiyalarına başlayıb.

"Hazırda sülhməramlı kontingentin Rusiya hissəsi Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə Qazaxıstan Respublikası ərazisinə keçirilir. Onun tərkibindəki qabaqcıl bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb. ”, - KTMT katibliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Respublika Prezidenti Kasım-Jomart Tokayev bundan əvvəl qoşunların yeridilməsi üçün müraciət etmişdi. O, ölkədəki vəziyyəti “xaricdən təlim keçmiş quldur birləşmələrinin işğalı” kimi qiymətləndirib.