Bakıda məşhur klinika 20 min manat cərimələndi - SƏBƏB

“İstanbul NS” klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib.

Aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edildiyi müəyyən olunub.

Bu səbəbdən klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib. Həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir.

Qərara əsasən, “İstanbul NS” klinikası 20 min manat məbləğində cərimə olunub. (modern.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər