Sizin Reklam Burada

Bələdiyyə üzvü qanun dəyişikliyi ilə əlaqədar Milli Məclisə müraciət ünvanlayıb

Bələdiyyə üzvü qanun dəyişikliyi ilə əlaqədar Milli Məclisə müraciət ünvanlayıbAbşeron rayonu Hökməli bələdiyyəsinin üzvü, bələdiyyə məsələri üzrə ekspert Fərman Salmanlı qanun dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, müraciətdə Azərbaycan Respublikasının Torpaq islahatı haqqında qanununun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqların bələdiyyə mülkiyyətinə verilməsi və həmin maddəyə əsasən fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqların bələdiyyə torpaqları kimi qəbul edilməsi əsas tutularaq hüquqi şəxslərin əmlak və torpaq vergilərinin bələdiyyə büdcəsinə ödənilməsinə görə Azərbaycan Respublikaının Vergi Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında təkliflər öz əksini tapıb.

Torpaq islahatı haqqında qanuna əsasən, torpaqlar bələdiyyələrin torpaq fondunun balansına verilsə də, torpaq və əmlak vergilərinin ödənilməsində bu müddəa ilə ziddiyyət təşkil edən məsələlər var. Belə ki, AR Vergilər Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının qanununa əsasən fiziki şəxslər torpaq və əmlak vergisini yerli vergi qismində bələdiyyə büdcəsinə ödəsələr də hüquqi şəxslər eyni torpaq üçün torpaq və ya əmlak vergisini dövlət vergisi qismində dövlət büdcəsinə ödəyirlər. Halbuki hüquqi şəxslərin torpaq və əmlak vergisini dövlət vergisi qismində dövlət büdcəsinə ödədikləri torpaq sahələri bələdiyyə torpaqlarıdır və həmin torpaq sahələrinə görə ödənilən torpaq və əmlak vergiləri yerli vergilər qismində bələdiyyə büdcələrinə ödənilməldir.

Bunu əsas tutaraq ekspert tərəfindən təklif edilir ki, Azərbabaycan Respublikasının Vergi Məcəlləsinin dövlət vergilərini müəyyənləşdirən 6-cı maddəsindən aşağıdakı 6.1.5 və 6.1.6 bəndləri çıxarılsın:

Maddə 6. Dövlət vergiləri:

6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:
6.1.1. fiziki şəxslərin gəlir vergisi;
6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və
təşkilatlardan başqa);
6.1.3. əlavə dəyər vergisi;
6.1.4. aksizlər;
6.1.5. hüquqi şəxslərin əmlak vergisi;
6.1.6. hüquqi şəxslərin torpaq vergisi;
6.1.7. yol vergisi;
6.1.8. mədən vergisi;
6.1.9. sadələşdirilmiş vergi;

Vergilər Məcəlləsinin Yerli vergilərin tərkibini müəyyənləşdirən 8-ci maddəsinə aşağıda qeyd edilən əlavə bəndlər daxil edilsin:

Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri):

• hüquqi şəxslərin əmlak vergisi;
• hüquqi şəxslərin torpaq vergisi;
8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:
8.1.1. fiziki şəxslərin torpaq vergisi;
8.1.2. fiziki şəxslərin əmlak vergisi;
8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və
bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.

Yenə “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə aşağıdakı əlavə bəndlər daxil edilsin:

Maddə 8. Yerli vergilərin tərkibi:

• hüquqi şəxslərin əmlak vergisi;
• hüquqi şəxslərin torpaq vergisi;

8.0. Yerli vergilərə aşağıdakılar aiddir:
8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
8.0.2. fiziki şəxslərdən əmlak vergisi;
8.0.3. yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi;
8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.

Ekspertin fikrincə Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikası qanuna əlavələr və dəyişikliklər edilməklə Azərbaycan Respublikası “Torpaq islahatı” haqqında qanunu ilə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu arasında ziddiyyət aradan qalxacaq və sözügedən qanunvericilik aktları arasında uyğunluq eyni zamanda hüquqi şəxslərin xüsusi mülkiyyətlərində olan bələdiyyə torpaqlarına görə torpaq və əmlak vergilərinin bələdiyyə büdcəsinə ödənilməsi Azərbaycanda bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə, torpaq üzərində bələdiyyələrin mülkiyyət hüquqlarının tam təmin edilməsinə, Azərbaycanda yerli özünü idarəetmə orqanlarının vergi standartlarının Avropa yerli özünü idarəetmə orqanlarının vergi standartlarına uyğunlaşdırılmasına, bələdiyyələrin bir çoxunun maliyyə vəsaitlərinin formalaşmasına, yerli büdcələrə əlavə maliyyənin daxil olmasına və bələdiyyələrin inkişafına öz dəyərli töhfəsini vermiş olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər