Sizin Reklam Burada

MN Sadıqov barədə axır ki, açıqlama verdi: Haradadır?

MN Sadıqov barədə axır ki, açıqlama verdi: Haradadır?Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun səhhətində problemlər yaranması və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, N.Sadıqov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.

Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.

Xatırladaq ki, N.Sadıqov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında isə N.Sadıqovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər