15 sen 15:30Sosial

Görülən işlərə dair hesabat təqdim olunub - Parlamentin komitəsinin iclası keçirilib

Görülən işlərə dair hesabat təqdim olunub - Parlamentin komitəsinin iclası keçirilib Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib, onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabat təqdim olunub.

Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda, həmçinin Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Görülən işlərə dair hesabat təqdim olunub - Parlamentin komitəsinin iclası keçirilib
Bildirilib ki, ötən dövrdə komitədə ölkəmiz üçün çox vacib məsələyə - su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr edilmiş geniştərkibli parlament dinləmələri keçirilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyinin təkmilləşdirilməsi barədə məsələlərə ətraflı nəzər salınıb, “Su Məcəlləsi”nin yenidən işlənməsinin vacibliyi vurğulanıb.
Sadiq Qurbanov qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Komitə üzvləri hesabatı məqbul hesab ediblər.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklərin olunması barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına daxildir. Qanunvericilik işləri planı təsdiq edilib.
Görülən işlərə dair hesabat təqdim olunub - Parlamentin komitəsinin iclası keçirilib
Komitənin iclasında, həmçinin cari məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün “Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.