Sizin Reklam Burada

Merdən xidmət sahələrinin rəhbərlərinə XƏBƏRDARLIQ

Merdən xidmət sahələrinin rəhbərlərinə XƏBƏRDARLIQBakı Şəhər İcra Hakimiyyətində bu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. Paytaxtın kommunal, təsərrüfat və digər qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən “Tədbirlər planı” təsdiq edilib.

Avrasiya.net xəbər verir ki, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının səyləri nəticəsində Bakı şəhərinin kommunal xidmət strukturlarının lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunduğu və bu istiqamətdə aparılan işlərin davam etdirildiyini bildirib. Qeyd edilib ki, paytaxt qurumları qış aylarında yarana biləcək problemləri dərhal operativ şəkildə həll etməlidir. Şəhər və rayon İcra Hakimiyyətinlərin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı yol verilən nöqsanlara görə bəzi xidmət sahələrinin rəhbərləri ciddi xəbərdar edilmiş, çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Müşavirədə payız-qış mövsümündə şəhərin ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb, bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Həmçinin paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər