Sizin Reklam Burada

"Bəzi məmurlar rüşvət və korrupsiya əməllərinə yol verərək insanları dövlətdən narazı salırlar"

"Bəzi məmurlar rüşvət və korrupsiya əməllərinə yol verərək insanları dövlətdən narazı salırlar"Son günlər güc strukturları tərəfindən korrupsiya və rüşvətxorluğa qurşanan bəzi icra hakimiyyəti başçıları və onların yerlərdəki nümayəndələrinin həbsi günün aktual mövzularından birinə çevrilib. Təbii ki, həbs olunan keçmiş icra başçıları törətdikləri əməllərinə görə ictimaiyyət tərəfindən kəskin qınanıldı. Hətta məsələ parlament səviyyəsinə çıxdı. Hadisələrlə bağlı müxtəlif fikirlər söylənildi, sosial şəbəkələrdə belə statuslar yazıldı. Hökumət tərəfindən pandemiya dövründə aztəminatlı ailələrə ayrılan yardımları mənimsəyənlər, illərdir korrupsiyaya qurşanan keçmiş başçılar ağır ittihamlarla üzləşdilər.

Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü Avrasiya.net-ə bildirib ki, Prezident İlham Əliyevin vəzifəyə təyin etdiyi hər bir məmurun əsas işi vəzifəsini ləyaqətlə, vicdanla yerinə yetirmək olmalıdır. Dövlət başçısı dəfələrlə məmurları qəbul edərkən, onlarla görüşərkən, müşavirə keçirərkən bu məqamları onlara xatırladır. Çünki məmurlar dövlətin yerlərdə və müxtəlif sahələrdə təmsilçiləri olduğuna görə onların gördüyü hər bir iş də müsbətiylə, mənfisiylə dövlətin adına yazılır: “Mən xüsusilə icra başçılarının, nazirlərin, komitə sədrlərinin fəaliyyətlərini qeyd etmək istəyirəm. Bu katqeoriyaya daxil olan məmurlar əhali ilə ünsiyyətdə, dövlət siyasətinin həyata keçirilməsində, ayırılmış büdcə vəsaitlərinin xərclənməsində, qərar qəbul edəndə ədalət prinsipi ilə çalışmalıdırlar. Ədalətlə işləyən məmurları dövlətimiz, millətimiz hər zaman qiymətləndirir. Lakin çox təəssüf ki, bir sıra yüksək rütbəli məmurlar fəaliyyətlərinin icrası zamanı çox ciddi nöqsanlara yol verirlər. Rüşvət və korrupsiya əməllərinə yol verərək insanları dövlətdən narazı salırlar. Pandemiya ilə əlaqədar dövlətin kasıb insanlar üçün ayırdığı yardımları mənimsəməklə çox biabırçı bir addım atmış olurlar. Öz qohumlarını, dostlarını vəzifəyə təyin edən bəzi məmurlar bununla da istedadlı və bacarıqlı insanların dövlət quruculuğu prosesində yer almasını əngəlləyirlər”.

QHT sədri qeyd edib ki, dövlət başçısının xəbərdarlığına məhəl qoymayaraq çox ciddi qanun pozuntularına yol verirlər. Xüsusilə də bəzi rayon və şəhər icra başçıları, nazirlər, komitə sədrləri, onların yerlərdəki nümayəndələri çox böyük qanunsuzluqlara yol verirlər. Nəticədə dövlət tərəfindən, DTX, Baş Prokurorluq tərəfindən cəzalandırılırlar: “Mən hüquq-mühafizə orqanlarının bu addımını alqışlayıram. Onun davam edəcəyini düşünürəm. Çünki hələ də bir sıra icra başçıları, nazirlər, hətta deyərdim ki, deputatlar var ki, onlar qanunsuzluqlara yol verirlər və aidiyyatı qurumlar tərəfindən ifşa edilmələrinə ehtiyac var. Belə şəxslər nəinki vəzifədən uzaqlaşdırılmalı, hətta həbs edilməli, əmlakı isə müsadirə edilməlidir. Onların yerinə gənc, prespektivli, bacarıqlı, milli düşüncəli, vətənini sevən, ona sədaqətlə xidmət etməyə hazır olan şəxslərin, xüsusilə də gənclərin təyin edilməsi prosesi isə davam etməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər