Sizin Reklam Burada

Hadı Rəcəbli ilə Mübariz Mənsimov arasında qalmaqal

Hadı Rəcəbli ilə Mübariz Mənsimov arasında qalmaqal9 Fevral Milli Məclisə seçkilərlə bağlı namizədlərin təşviqat kampaniyası davam edir.

Sosial şəbəkədə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə əsas iddiaçılar Hadı Rəcəbli və Rəvan Bəşirov arasında sorğular təşkil olunub.

Sorğuya "Palmali Şirkətlər Qrupu”nun rəhbəri Mübariz Mənsimov da reaksiya verib. O sorğuya şərh yazaraq Hadı Rəcəbliyə tarlada işləməyi məsləhət görüb: "Məncə Hadı bəy bir az tarlada işləsən, bu günə qədər nə edib ki, yenə də seçilmək istəyir? Ayıbdır, yaşlı adamsan get bir az dincəl”.

AZXEBER.COM bu sözlərlə bağlı Hadı Rəcəbli ilə əlaqə saxlayıb. O açıqlamasında hər kəsin fikrinə hörmətlə yanaşdığını bildirib:

"O, Mübariz müəllimin fikridir. Biz onun fikrinə hörmətə yanaşırıq. Ancaq onu deyim ki, mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Demək ki, partiyamızın fikri fərqlidir. Demokratik cəmiyyətdə yaşayırıq, hər kəsin özünü ifadə etmək azadlığı var”.

Hadı Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazılan bütün şərhlərə hörmətlə yanaşır:

"Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Ancaq bununla yanaşı ölkədə hakim partiya var və partiyanın qərarı belədir ki, mən namizəd olum. Partiya üzvləri və sevənlər bu qərara hörmətlə yanaşırlar. Sosial şəbəkədə kim nə istəsə yazır, biz heç kimə təsir etmirik. Mübarizəyə qoşulan hər kəs haqda cəmiyyətdə yetərincə məlumat var. Son sözü isə xalqımız fevralın 9-u deyəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər