Sizin Reklam Burada

Britaniya parlamentində ölkəmizə qarşı təşəbbüsün qarşısı alındı

Britaniya parlamentində ölkəmizə qarşı təşəbbüsün qarşısı alındıErmənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan yeni təcavüz aktının gedişatında Britaniya Parlamentində də bu istiqamətdə meydana çıxan təşəbbüslərin sayı artıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Britaniyadakı səfirliyi Parlamentdəki bu təşəbbüslərin Azərbaycanın maraqlarına cavab verməsi istiqamətində intensiv iş aparmaqdadır.

Bu günlərdə Britaniya Parlamentində “Armenia, Artsakh and Azerbaijan” başlıqlı qanunvericilik təşəbbüsü irəli sürülüb. Təşəbbüs məzmun etibarı ilə neytral xarakter daşısa da, mətnin tərkibində, eləcə də təşəbbüsün adında işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qondarma separatçı rejimə “Artsax” adı ilə istinad edilməsi münaqişədə üç tərəfin olması kimi yanlış təəssürat yaradır və beləliklə maraqlarımızla ziddiyyət təşkil edirdi. Azərbaycan Respublikasının Britaniyadakı səfirliyinin məsələyə operativ şəkildə müdaxilə etməsi və təşəbbüsün müəllifi ilə intensiv təmaslar aparması nəticəsində qarşı tərəf yanlışlığa görə üzr istəyərək, təşəbbüsü geri çəkib və onun parlamentin internet səhifəsindəki məlumat bazasından çıxarılmasını təmin edib.

Məlum olub ki, təşəbbüs ermənipərəst əsaslarda deyil, daha çox xristian təəssübkeşliyi amili əsas tutularaq və belə həssaslıqları olan seçicilərin təsiri altında irəli sürülüb.

Bir neçə gün öncə Parlamentin İcmalar Palatasının üzvü Dan Poulter Britaniya Xarici İşlər Nazirliyinə ünvanladığı yazılı sualda BMT TŞ-nin 1993-cü ildə qəbul olunmuş qətnamələrinə istinad edərək, həmin qətnamələrdə təsbit edildiyi kimi Ermənistanın öz hərbi qüvvələrini qanunsuz şəkildə işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması istiqamətində Britaniya Xarici İşlər nazirinin Ermənistana çağırış etməsinə dair hansı addımlar atdığını sorğu edib. Hökumət adından sualı cavablandıran Xarici İşlər nazirinin müavini Vendi Morton qətnamələrin əhəmiyyətini qəbul etdiyini, həmin qətnamələrin ATƏT-in Minsk Qrupuna münaqişənin sülh yolu ilə həlli üçün mandat verdiyini vurğulayıb. V.Morton, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş Baza Prinsiplərinin münaqişənin həllinə imkan yaradacaq məqbul əsas təşkil edə biləcəyini diqqətə çatdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər