Sizin Reklam Burada

Müstəqil Azərbaycan aydın tərəqqi yolunda əzmlə addımlayır

Müstəqil Azərbaycan aydın tərəqqi yolunda əzmlə addımlayırRəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

"Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir".

Ümummilli lider Heydər Əliyev

Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması tarixi min illərlə ölçulsə belə, əlverişli geostrateji mövqedə yerləşən, zəngin təbii sərvətlərə malik ərazidə qurulmuş dövlətlərin tezliklə süquta uğraması da tarixi faktdır. Ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması Azərbaycana da öz istiqlaliyyətini elan etmək imkanı yaratdı. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində 19-cu əsrin sonunda, 20 əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır...

Bu cümhuriyyət, hökumət 23 ay ömür sürmüşdür. Ancaq qısa zamanda çox böyük işlər görülmüşdür. Ən böyük nailiyyət ,tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik hiss edə, dərk edə bilmişlər,müstəqil yaşamaq öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişlər.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaşadığı dövr çox çətin ,ziddiyyətli,mürəkkəb dövr olmuşdur.Belə bir ağır şəraitdə görülən işlər və sonrakı nəsillərə ,bizə çatan irs ilk Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətini gözəl əks etdirir. Məhz bu demokratiya, milli azadlıq müstəqillik əhval-ruhiyyəsi sonrakı dövrlərdə də xalqımızın qəlbində yaşamış və nəhayət, bu əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir.
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir.

Əgər 20 əsrin əvvəllərində xalqımız müstəqillik yolunda ilk dəfə böyük bir addım atıbsa, 20-ci əsrin sonunda dövlət müstəqilliyinə tam nail olublar.

Dövlət müstəqilliyi bizim əziz nemətimizdir. Cümhuriyyətin süqutundan sonrakı onilliklər ərzində həyata keçirilən repressiyalar, təzyiqlər insanlarımızın istiqlal duyğularına təsir göstərməmiş, imperiyanın antimilli, şovinist siyasəti ilə barışmayan xalqımız müstəqillik uğrunda mübarizəyə qalxmışdır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə görülən işlər, elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial, iqtisadi sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırladı.1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı "Azərbaycan dövlət müstəqilliyinin bərpası haqqında Konstitutsiya aktı" ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edildi.

Ulu öndər Heydər Əliyev adını ucaldan ən əsas cəhət bu adın Azərbaycan dövlətçiliyi anlayışının simvoluna çevrilməsidir. Ulu Öndərimiz öz əməlləri ilə hələ sağlığında özünə müstəqil Azərbaycan dövləti kimi əzəmətli və əbədi bir abidə ucaltmışdır. Ümummilli liderimiz Heydər Əliyevin müqəddəs ideallarının artıq reallığa çevrilməsi prosesini izlədikcə zamanında respublikamızın gələcək inkişafı üçün əsaslar hazırlamış ulu öndərimizin şəxsiyyəti ilə qürur duymaya bilmirsən.
Müstəqil Azərbaycan aydın tərəqqi yolunda əzmlə addımlayır
Qürur duyduğumuz ən vacib məqam budur ki,Ulu Öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev bu kursu layiqincə davam etdirir, bu gün iqtisadiyyatdan siyasətə, diplomatiyadan ictimai fəaliyyətə qədər Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesinin aktiv iştirakçına çevrilmişdir.

Cənab İlham Əliyev Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin müəllifi olduğu strateji inkişaf kursunun xalqımız üçün bütün daha böyük nailiyyətlər, qələbələr əldə etmək üçün bütün səylərini ortaya qoymuşdur.Bu gün dövlət quruculuğu prosesi daha böyük dinamizm ,yüksək əzmkarlıqla inkişaf edir ki, bu da xalqımızın sabaha olan inamını daha da artırır.

Cənab Prezidentimiz İlham Əliyevin əzmlə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada rekord göstəricilərə sahib olmuşdur.
Müstəqil Azərbaycanımızın inkişafı, uğurları bizi sevindirir, qürurlandırır, bizi daha aktiv fəaliyyətə sövq edir. Vətənimizin inkişafı, müstəqilliyimizin daimiliyi üçün çaışmalı və bütün işlərində dövlət başçımıza dəstək olmalı, onun ətrafında daha sıx birləşməliyik.

Müstəqil Azərbaycanımın müstəqilliyinin elan edildiyi 28 may Respublika günü münasibəti ilə hamınızı bir daha təbrik edirəm.

Yeni Azərbaycan Partiyasının əsas məqsədi Azərbaycanın xoşbəxt gələcəyi, Azərbaycanın müstəqilliyidir.

Sözümü Ulu Öndərin fikri ilə bitirmək istəyirəm - "Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhumun ətrafında hamımız sıx birləşməliyik..."

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər