Sizin Reklam Burada

Rusiyada Azərbaycanlının ölümündə təqsirləndirilən şəxslərə bəraət verildi

Rusiyada Azərbaycanlının ölümündə təqsirləndirilən şəxslərə bəraət verildiMoskva Şəhər Məhkəməsi 2019-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Neolit” ​​kafesindəki davadan sonra azərbaycanlı taksi sürücüsünün öldürülməsində təqsirli bilinən üç nəfər barəsində yekun qərar verib.

Bu barədə təqsirləndirilənlərdən birinin vəkili Şamil Yandarbayev “TASS”a açıqlama verib.

O bildirib ki, hər üç şəxs - Lors Hamyev, Həmid Cəbrayılov və Anzor Şahbiyev bəraət alıblar və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Digər şübhəli şəxsin vəkili Maqomed Esendirov bildirib ki, verilən qərara baxmayaraq cinayət işi yenidən ibtidai istintaqa qaytarılacaq.

“Report” xatırladır ki, 14 fevral 2019-cu il tarixində Moskvanın cənub-şərqindəki kafedə dava nəticəsində bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Daha sonra həmin şəxs azəbaycanlını qaçırılaraq döyülməsində şübhəli bilib və qisas almaq qərarına gəlib.

Həmin gecə naməlum şəxslər Moskvanın Səmərqənd bulvarında azərbaycanlı taksi sürücüsünü vuraraq öldürub və nömrəsi çirkli olan “BMW” avtomobili ilə hadisə yerindən qaçıblar.

Azərbaycanlının qətlində şübhəli bilinənlər bir gün sonra Rostov vilayətindəki magistral yolda tutularaq paytaxtın istintaq təcridxanasına göndəriliblər. Əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (Qətl törətmək) ilə cinayət işi açılsa da, sonradan onlara bir qrup şəxs tərəfindən etnik nifrət zəminində adam öldürmək və silahların qanunsuz əldə edilməsi, satışı, saxlanması, daşınması ittihamı irəli sürülüb.

Lors Hamyev 2007-ci ildə Çeçenistan Prezidenti Ramzan Kadırova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər