Sizin Reklam Burada

Rusiya bazarında atışma: Akif Şıxəliyev həbs edildi

Rusiya bazarında atışma: Akif Şıxəliyev həbs edildiKrasnoyarsk polisi "Luç" bazarının Azərbaycandan olan direktoru Akif Şıxəliyevi həbs edib.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

Krasnoyarsk polisi mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də Şaxtaçılar küçəsi ərazisində atışma baş verib. Hadisə yerinə gələn polis və “Rosqvardiya”nın əməkdaşları müəyyən ediblər ki, bir kişi ov silahından atəş açıb. Xəsarət alanlar yoxdur.

Polislər münaqişə iştirakçılarının hamısını saxlayıblar. Onun təşəbbüsçüsü barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 2-ci maddəsinin 213-cü hissəsi ilə (silah işlətməklə törədilən xuliqanlıq) cinayət işi açılıb.

Atəşə görə Şaxtaçılar küçəsi 62-də yerləşən "Luç" bazarının direktoru həbs edilib. Məlumata görə, onun adı Akif Şıxəliyevdir.

Bazar işçiləri jurnalistlərlə deyiblər ki, ola bilsin, münaqişə pul üstündə baş verib:

"Luç"a Azərbaycandan, tərəvəz və meyvələrin ucuz satıldığı "Cənub" bazasına isə Tacikistandan olan bir nəfər rəhbərlik edir. Onların bir-birilərindən xoşları gəlmir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər