Sizin Reklam Burada

Dinarə Məmmədova: Bizə vəzifə təklif olunmayıb

Dinarə Məmmədova: Bizə vəzifə təklif olunmayıbBunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova partiyanın Mətbuat Xidmətinin suallarına cavab olaraq bildirib.

- ALDP sədri Fuad Əliyevin son müsahibəsində "iqtidarın əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans versən, onları vəzifələrə gətirsin” fikri birmənalı qarşılanmadı. Bu qısqancılıqdanmı irəli gəlir, yoxsa....?

- Başqa nədən ola bilər ki? Əvvəla, bizə vəzifə təklifi olunmayıb. Sadəcə, Fuad müəllim hakimiyyətin kadr potensialın tükənməsilə bağlı bir təklif verib ki, əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans verin, onları vəzifələrə gətirin. Bu sözlərə niyə başqa reaksiya verirlər? Fuad müəllim tekcə liberal-demokratlara vəzifə verin deməyib. O, ümumilikdə bütün müxalifəti nəzərdə tutub. Hesab edirəm ki, bu çox düzgün təklifdir və burda başqa bir məna axtarmaq lazım deyil.

- Dinarə xanım, niyə ALDP-yı bəzi müxalifət partiyalar tərəfindən belə münasibət var?

- Yəqin ki, biz 20 il ərzində sınmamışıq, ayaq üstə dayana bilmişik. ALDP bütün partiyalarla yaxşı münasibət qurub. İndi kimlərsə bizimlə bir yerdə olmaq istəmirlərsə, buna hörmətlə yanaşırıq, bu onların seçimidir. Amma heç kim özünü müxalifat-naziri kimi hesab etməsin.

- Hakimiyyət tərəfindən müxalifətə və konkret ALDP-yə vəzifə təklif olunsa, bunu qəbul edərsiniz?

- Müxalifətə belə təklif olunarsa mənim fikrimcə, təklifi qəbul etmək olar. ALDP-yə hansısa təkliflər olunsa, biz bu təklifləri dəyərləndirərik. Biz özümüzə arxayınıq. Biz hətta Bakı şəhərində Mer seçkiləri keçirilsə belə, qalib olacağımıza əminik. ALDP yetərincə kadr potensialına malikdir. Bütün sahələr üzrə peşəkarlarımız var. Hüquqi, demokratik dövlət quruculuğu ptosesində ancaq hakim partiyanın potensialından, gücündən istifadə etmək düzgün seçim olmaz. İqtidarın müxalifəti də var. Müxalifət düşərgəsində də savadlı, peşəkar kadrlar var. Onların gücündən də istifadə etmək lazımdır. Müxalifət nümayəndələri də bu ölkənin vətəndaşlarıdırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər