30 yan 12:15musahibe

Zəngilan və Qubadlı seçicilərinin sevgisini qazanmış namizəd Emin Əliyev - FOTO

Zəngilan və Qubadlı seçicilərinin sevgisini qazanmış namizəd Emin Əliyev - FOTO
- Emin müəllim, özünüz haqqında qısa olaraq məlumat verərdiniz.

- 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. Atam və anam ailə qurduqdan dərhal sonra Bakı şəhərində yaşamağa gəliblər. Ona görə də rayonumuzda onları çox az adam tanıyır. Lakin ata babam Ramazan Əliyev və ana babam İdris Şıxəliyev rayonumuzun sayılıb-seçilən şəxsləri olublar. Orta təhsilimi Bakı şəhərində almışam.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr və magistraturasını fərqlənmə diplomu ilə bitirmişəm. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasında təhsil almışam. Elmi araşdırma mövzum erməni terror təşkilatları və erməni terroru ilə bağlı olmuşdur. Bu sahədə 30 elmi məqalənin və 1 kitabın müəllifiyəm.
Zəngilan və Qubadlı seçicilərinin sevgisini qazanmış namizəd Emin Əliyev - FOTO
Aspiranturada təhsil alarkən erməni araşdırmaları ilə məşğul olan bir mərkəz də yaratdıq və uğurlu bir neçə layihənin icrasını təmin etdik. Bakı Dövlət Universiteti Tarix fakültəsində, Azərbaycan Turizm və Menecment Universitetinin Menecment fakültəsində mühazirə və seminar aparmışam. Dövlət Miqrasiya Xidmətində çalışmışam. Daha sonra isə özəl sektorda fəaliyyət göstərməyə başlamışam.

Turizm şirkətində, hüquq şirkətində, avtomobil idxalı şirkətində, 22 pərakəndə satış şirkətini özündə birləşdirən holdinqdə rəhbər vəzifələrdə çalışmışam. 2016-cı ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. 5 şirkətin təsisçiliyində iştirak etmişəm və onlar hal-hazırda uğurla fəaliyyət göstərirlər. 2018-2020-ci illər ərzində isə yenidən dövlət sektoruna qayıdaraq Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifədə çalışmağa başladım və növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar verdikdən sonra işdən ayrıldım.

Eyni zamanda 2019-cu ilin iyun ayında təsis etdiyim Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları ictimai birliyinin sədriyəm. Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsrail, Yaponiya kimi dövlətlərdə idarəetmə üzrə təlim və təhsil almışam. Bundan başqa 21 ölkənin 50 şəhərinə səyahət etmişəm və bu səfərlər təlim, seminar, kurs, sərgi, simpozium, bir sözlə, öyrənmək məqsədli olmuşdur. İngilis və rus dillərini sərbəst bilirəm. Ailəliyəm, 5 övladım var. Xanımım da ixtisasca onkoloq-cərrahdır. İki Universitetin məzunudur. Bakıda və Peterburq şəhərində dövlət tibb universitetlərini bitirmişdir.
Zəngilan və Qubadlı seçicilərinin sevgisini qazanmış namizəd Emin Əliyev - FOTO
- 125 saylı Zəngilan və Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizədsiniz. Bu barədə nə deyə bilərsiniz?

Belə bir qərar vermək üçün çox ciddi düşünmək lazım idi. Bu hər hansısa bir oyun yarışı deyildir. Fasiləsiz təhsil, yüksəliş üzrə artan karyera, yüksək səviyyədə dil biliklərimin olması, dünya təcrübəsindən xəbərdar olmağım mənim bu marafonda iştirak etməklə bağlı qərar verməyim üçün əsas oldu. Seçki prosesi başlamazdan əvvəl mən və komanda yoldaşlarım çox hazırlıqlı olduğumuza görə rahatlıqla irəliləyəcəyimizi düşünürdük.

Lakin prosesin gedişatında gördük ki, kifayət qədər incəliklər vardır ki, çox diqqətlə nəzərə almalıyıq. Hətta bir neçə dəfə biz komanda olaraq sürətimizi azaltdıq, vəziyyətin yenidən dəyərləndirməsini etdik, bütün rəqibləri təhlil etdik, elektoratı bir daha incələdik və yenidən sürət yığdıq. Hesab edirəm ki, nəinki 125 saylı dairə üzrə, hətta cəsarətlə deyə bilərəm ki, Respublika üzrə maraqlı seçki təbliğatı aparan namizədlərdən biriyəm.

Tanımadığımız insanlar bizim fəaliyyətimizi yüksək qiymətləndirərək bizi təbrik edirlər. Hal-hazırda ən ciddi rəqibim ölkəmiz müstəqillik əldə etdikdən bəri 125 saylı seçki dairəsinin yeganə millət vəkili olan İmamverdi İsmayılovdur. Biz prosesə başlamamışdan öncə bütün namizədlərə çağırış etdik. Bildirdik ki, gəlin, bu seçki təbliğatı dövründə elə edək ki, seçki dairəmiz digər dairələrə nümunə olsun.

Bizim komanda hələ də bu prinsiplə davam etməkdədir. 9 fevral tarixi yaxınlaşdıqca rəqabət daha da qızışır və bəzən emosianal addım atanlar da olur. Bu da çox təbii bir haldır.
Zəngilan və Qubadlı seçicilərinin sevgisini qazanmış namizəd Emin Əliyev - FOTO
- Seçki təbliğatı dövründə hansı addımlarınız sizi seçicilərə sevdirmişdir?

İlk olaraq deyim ki, seçki platformam çox sadə, başa düşülən dildə yazılmışdır. Platforma tamamən özüm tərəfindən yazılmışdır və bu sənədə ciddi əhəmiyyət verirəm. Çünki insanlarımız məni bu sənəd üzərində yazılmış fikirlərimə görə tanıdı və qəbul etdi. Platformada hər bir söz və cümlə mənim seçicilərimizə verdiyim bir sözdür və bu sözə uyğun olaraq da şüarımız “verdiyim sözün üstündəyəm!” mesajıdır. Daha sonra insanlar məni səmimi davranışıma, onlarla xoş ünsiyyətimə görə qəbul etdilər.

Mən həmişə demişəm ki, mənə insanların səsindən daha çox sevgisi lazımdır. Millət sevdiyi insanı millət vəkili seçməlidir və seçdiyi millət vəkilini sevməlidir! Onu da əlavə edim ki, artıq bütün seçicilərdə mənim şəxsi telefon nömrəm vardır. Bu isə mənim seçicilərlə daha da sıx ünsiyyət qurmağım üçün şərait yaratmışdır. Mənə hər gün şəxsən tanımadığım seçicilərdən zənglər olur. Onlar mənə xeyir-dualarını verir və öz yaşadıqları məkanları ziyarət etməyə dəvət edirlər. Düşünürəm ki, mənim üçün bu sevgidən daha böyük heç bir qazanc ola bilməz.

- Bu prosesdə nə qazanmısınız, nələri itirmisiniz?

Qazancım yerlilərimin sevgisidir. Bu ən böyük qazancımdır. İtirdiyim isə bu müddət ərzində öz ailəmə, demək olar ki, vaxt ayıra bilməmişəm.
Zəngilan və Qubadlı seçicilərinin sevgisini qazanmış namizəd Emin Əliyev - FOTO
- Son olaraq nə deyə bilərsiniz?

Hər bir namizədə uğur arzu edirəm. Hər birini sevirəm, hörmət edirəm. Layiq olan namizədin qazanmasını arzu edirəm. Seçicilərimdən bir neçəsinə söz vermişəm ki, 10 fevraldan etibarən millət vəkili olaraq evlərinə qonaq olacağam. Məni gözləsinlər.

Qubadlıların evində Qubadlı aşı, Zəngilanlıların evində isə Zəngilan aşı bişirəcəyinə söz verən nənələrim var. Mən sözümün üstündə olduğum kimi onlar da sözlərinin üstündə olacaqlarını deyiblər. Hər birimizin verdiyimiz sözü tutmağımız arzusu ilə...

BAKU.WS
XƏBƏR LENTİ
SORĞU