Sizin Reklam Burada

“20 Yanvar Milli qürur günümüzdür!” mövzusunda virtual rəsm müsabiqəsinə yekun vurulub

“20 Yanvar Milli qürur günümüzdür!”  mövzusunda virtual rəsm müsabiqəsinə yekun vurulubRayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar Milli qürur günümüzdür!” mövzusunda virtual rəsm müsabiqəsinə yekun vurulub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsi tərəfindən 2 yanvar tarixində elan olunan müsabiqə “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3 yarımbəndinin icrasının təmin olunması, yeniyetmə və gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə istedadlı və bacarıqlı yeniyetmə və gənclərin aşkara çıxarılması məqsədi daşımışdır. Ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən müsabiqəyə ümumilikdə 67 əl işi təqdim edilib.

Virtual müsabiqənin nəticəsinə əsasən şəhər 4 saylı tam orta məktəbin şagirdi Mütəllimova Qızqayıt I, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdi Zülfüqarov Xəyal II, Balaca Həmyə kənd tam orta məktəbin və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Eyvazlı Firuzə və Qabilova Günel III yerlərə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Novruzova Ləman, şəhər 2 saylı tam orta məktəbin şagirdi Əliyeva Əminə, şəhər 3 saylı tam orta məktəbin şagirdi Əhmədova Fatimə, şəhər 5 saylı tam orta məktəbin şagirdləri Dostuyeva Rüqəyya və İsmayılov Raci, şəhər 6 saylı məktəb-liseyin şagirdi Allahverdiyeva Arzu, Zarat kənd tam orta məktəbin şagirdi Rüstəmova Əmanə və Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Xəlfəqululu Nuray həvəsləndirici yerlərə layiq görülüblər. Müsabiqənin qalibləri onlayn formada fəxri fərmanlarla təltif ediliblər.





#Bizbirlikdəgüclüyük #20Yanvar #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər