"Qarabağ" uduzsa da, 1 milyon avro qazandı

Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"la qarşılaşıb.

Köhlən atlar 0:6 hesabı ilə məğlub olublar.

Məyusedici məğlubiyyətə baxmayaraq, pley-offa yüksələn və 10 xalla 22-ci olan ağdamlılar 1/16 finala adladığı üçün daha 1 milyon avro, təxminən 2 milyon manat qazanıb.

Beləliklə, "köhlənlər"in turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat-red) çatıb.

Çempionlar Liqasının təsnifat mərhələlərini nəzərə aldıqda "Qarabağ"ın qazancı 19 milyon 620 min avro,yəni 38,38 milyon manatdır. “Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı.

Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.

“Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu nəticələr sayəsində əlavə olaraq 4,2 milyon avro (8 milyon 300 min manat) qazanaraq ümumi gəlirini 27 milyon 970 min avroya (55,8 milyon manat) çatdırmışdı.

Bu rəqəmin üzərinə Ağdam təmsilçisinin liqa mərhələsində “Çelsi” ilə heç-heçəsini (700 min avro-red) və “Ayntraxt” üzərindəki qələbəsini də gəlsək (2,1 milyon avro-red), klubumuzun liqa çərçivəsində indiyədək qazandığı ümumi məbləğ 30 milyon 770 min avroya, yəni təxminən 61,4 milyon manata yüksəlib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər