Bu gün Avro-2020-də 1/8 final başlayır
Bu gün futbol üzrə Avropa Çemionatı-2020-də 1/8 final mərhələsinə start veriləcək.
Avrasiya.net xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Əvvəlcə Uels Danimarka ilə qarşılaşacaq. Bu cütün qalibi 1/4 final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya cütünün qalibi olacaq.
Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. Mərhələni keçən komanda 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.
Avropa çempionatı, 1/8 final mərhələsi
20:00. Uels - Danimarka
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"
23:00. İtaliya - Avstriya
Baş hakim: Entoni Teylor
London, "Uembli" stadionu
Avro-2020-nin 1/8 mərhələsində bu gün keçiriləcək oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.
Qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:
AZƏRBAYCAN
"İctimai TV"
20:00. Uels - Danimarka
"İdman TV"
23:00. İtaliya - Avstriya
TÜRKİYƏ
"TRT 1"
20:00. Uels - Danimarka
23:00. İtaliya - Avstriya
"TRT Spor"
20:00. Uels - Danimarka
23:00. İtaliya - Avstriya
RUSİYA
"Match Premyer"
20:00. Uels - Danimarka
23:00. İtaliya - Avstriya
Rossiya-1
Uels - Danimarka