Bakıda sərnişin avtobus sürücüsünü döydü
Dərc olunub:
27-01-2020, 12:53
“Bakı Bus”un sərnişini avtobusa hücum edib.
Report xəbər verir ki, Badamdar qəsəbəsində naməlum sərnişin “Bakı Bus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Faiq Məmmədovu döyüb.
Naməlum şəxs daha sonra təpiklə vuraraq avtobusun şüşəsini sındırıb.
Hadisəni törədən şəxs saxlanılıb.