Müharibə olsa da, uranı zənginləşdirəcəyik - Arakçı
Dərc olunub:
Dünən, 12:17
Tehran müharibəyə səbəb olsa belə, uranı zənginləşdirmək hüququnda israr edir.
Bunu İran xarici işlər naziri Abbas Arakçı deyib.
"Niyə biz uranın zənginləşdirilməsində bu qədər israr etmişik və hətta müharibə başlasa belə, ondan imtina etməyə hazır deyilik? Çünki heç kimin bizə nəyə sahib olmalı olduğumuzu və nəyə sahib olmamalı olduğumuzu deməyə haqqı yoxdur", - Arakçı bildirib.
